İmişli sakini cərəyan vurması nəticəsində ölüb

İmişli sakini cərəyan vurması nəticəsində ölüb

İmişli rayonunda yerli sakin cərəyan vurması nəticəsində dünyasını dəyişib

“Report”un Mil-Muğan bürosunun məlumatına görə, hadisə bu gün rayonun Ağamalılar kəndində qeydə aĺınıb.

Adı çəkilən kəndin sakini, 1937-ci il təvəllüdlü Səfərova Zibeydə Nüsrət qızını elektrikli çaydanın naqilində olan nasazlıq səbəbindən elektrik cərəyanı vurub və o, hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər