Şəkidə avtomobilin vurduğu 11 yaşlı uşaq Bakıya gətirildi

Şəkidə avtomobilin vurduğu 11 yaşlı uşaq Bakıya gətirildi

Şəki şəhərində bir nəfərin xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə şəhərin mərkəzində qeydə alınıb.

Belə ki, yolu keçən 2009-cu il təvəllüdlü Bayramov Nurlan Elbrus oğlunu “VAZ-2107” markalı avtomobil vurub.

Nəticədə o, ağır bədən xəsarətləri alıb.

Yaralı təcili yardımın köməkliyi ilə əvvəlcə Şəki Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər