Afrikadaka COVİD-19-dan ölənlərin sayı 5 mini keçdi

Afrikadaka COVİD-19-dan ölənlərin sayı 5 mini keçdi

Afrikada yeni növ koronavirusdan (COVİD-19) ölənlərin sayı 5 mini ötüb.

COVİD-19-la bağlı ölkələrin və bölgələrin məlumatlarının yerləşdirildiyi "Worldometer" saytının məlumatına görə, virus səbəbiylə Afrikada ölənlərin sayı 5059-a, yoluxanların sayı 185 min 288-ə çatıb.

Qitədə xəstəlikdən sağalananların sayı 83 min 163 nəfərdir.

Bu günə qədər COVİD-19-dan ölənlərin çoxu qitənin şimalında 1198 nəfər olmaqla Misirdə qeydə alınıb. Ölüm sayına görə, Misirdən sonra 952 nəfərlə Cənubi Afrika, 698 nəfərlə Əlcəzair, 347 nəfərlə Sudan və 333 nəfər Nigeriya olaraq sıralanır.

Yoluxanların ən çox olduğu ölkələr "Cənubi Afrika (45 min 973), Misir (32 min 612), Nigeriya (11 min 844), Əlcəzair (10 min 50) olaraq sıralanır.

REAL

 

 

 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər