Gəncədə genişləndirilmiş dezinfeksiya (VİDEO)

Gəncədə genişləndirilmiş dezinfeksiya (VİDEO)
Əsas küçə və prospektlər xüsusi kimyəvi məhlulla yuyulub

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən ölkənin dörd şəhər və bir rayonunda tətbiq olunan sərt karantin rejimi nəticəsində Gəncənin küçələri sükuta qərq olub.

Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən yeni növ koronavirus (COVID-19) infeksiyasının daha da genişlənməsinin qarşısının alınması məqsədi ilə həyata keçirilən kompleks tədbirlər isə davam etdirilir. Tibbi-profilaktik tədbirlər çərçivəsində Gəncənin mərkəzi hissəsində, o cümlədən qəsəbə və yaşayış massivlərində gücləndirilmiş dezinfeksiya işləri aparılıb.

İşlərə Gəncə Şəhər Dezinfeksiya Stansiyasının əməkdaşları və Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin texnikaları cəlb olunub.

Gəncənin əsas küçə və prospektləri suçiləyici avtomobillər vasitəsilə xüsusi kimyəvi məhlulla yuyulub. Səkilərdə, yol kənarlarında, park və meydanlarda, obyektlərin qarşısında da tibbi-profilaktiki işlər görülüb. Bununla yanaşı, yaşayış binalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında da dezinfeksiyaedici tədbirlər həyata keçirilib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər