Gücləndirilmiş dezinfeksiya tədbirləri (VİDEO) YENİLƏNİB

Gücləndirilmiş dezinfeksiya tədbirləri (VİDEO) YENİLƏNİB
Əsas yollar və küçələr dezinfeksiya edilir

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda koronavirus pandemiyasına qarşı mübarizənin daha da genişləndirilməsi məqsədi ilə Bakı şəhərinin bütün rayonlarında xüsusi gücləndirilmiş kompleks tədbirlər davam etdirilir.

Bakı şəhəri də daxil olmaqla ölkənin beş şəhər və bir rayonunda 2 gün ərzində sərt karantin rejimi tədbiq olunduğu və paytaxt sakinlərinin bu günlər ərzində evlərində olacaqları nəzərə alınaraq Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən iyun ayının 7-də səhər saatlarından etibarən paytaxdakı əsas küçə və prospektlərdə xüsusi kimyəvi maddələrlə artıq 5-ci dəfə əlavə gücləndirilmiş dezindeksiya işləri həyata keçirilib.

Əməkdaşlar tərəfindən dezinfeksiyaedici aparatlarla səkilərdə, yol kənarlarında, park və meydanlarda, obyektlərin qarşısında tibbi-profilaktik işlər aparılıb.

Paytaxtda tibbi-profilaktik və dezinfeksiya işləri gündəlik olaraq gücləndirilmiş qaydada davam etdiriləcək.

 

***

11:45

BŞİH-nin şöbə müdiri Elmin İmanov dezinfeksiya işləri barədə REAL-a məlumat verdi.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər