Sumqayıtda gücləndirilmiş dezinfeksiya - VİDEO, YENİLƏNİB

Sumqayıtda gücləndirilmiş dezinfeksiya - VİDEO, YENİLƏNİB
Yaşayış binaları, parklar, küçə və prospektlər dezinfeksiya olunur

Məlum olduğu kimi ölkə ərazisində həftəsonu qadağası ancaq ölkənin iri şəhərlərinə və rayonuna aid edilib.

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonuna.

Respublika tabeli Sumqayıt şəhəri bomboşdur. Şəhərə girişdən etibarən bu ərazidə sərt karantin ab-havası hiss olunmaqdadır. Nəzərə alsaq ki, Əhalisinin sayına və sahəsinə görə Bakıdan və Gəncədən sonra üçüncü böyük şəhərdir. Burada da böyük bir kütlə səbrlərini sıxıb evdə qalmağı bacarıblar.

Sumqayıt şəhərində koronavirus infeksiyasının şəhər ərazisində yayılmasının qarşısını almaq məqsədilə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyində olan kommunal xidmətlər tərəfindən gündəlik olaraq şəhərin küçə və prospektləri xüsusi texnika ilə dezinfeksiyaedici məhlullarla yuyulur.

Həftəsonları bu tədbirlər daha da gücləndirilir.

Hazırkı həftəsonu qadağasını da bir fürsət kimi görsək əgər bu günlərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər daha rahat şəkildə həyata keçirilir ona görə ki, şəhərin küçələri boşdur.

Bu gün həyata keçirilən dezinfeksiya tədbirlərinə Daxili Qoşunların xüsusi texnikaları da cəlb olunub.

94.17 km² -lik böyük bir şəhər dezinfeksiya olundu. Küçə və prospektlər, yaşayış binaları, parklar xüsusi kimyəvi maddə ilə yuyuldu. Yeni bir həftəyə tam hazır vəziyyətə gətirildi. \

Xatırladaq ki, genişmiqyaslı dezinfeksiya tədbirləri bununla yekunlaşmır. Bundan sonra da bu işlər mütəmadi olaraq davam etdiriləcək.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər