Aqşin Babayevin son akkordu…(VİDEO)

Aqşin Babayevin son akkordu…(VİDEO)
Əməkdar jurnalist 84 yaşında vəfat edib

Aqşin Babayev… Tanınmış yazıçı-dramaturq, şair, tərcüməçi, pedaqoq. Onun şəxsiyyəti sahib olduğu bütün titullardan daha yüksək idi. Məncə incəsənət aləmində çətin ki, elə bir adam tapıla Aqşin müəllimi sevməsin. Mən də onu ilk dəfə 2004- cü ildə Dövlət Mədəniyyət Və İncəsənət Universitetində tanıyanda sevmişdim. Mülayim, nur üzlü, böyüklə böyük, kiçiklə kiçik idi Aqşin Babayev. İndi onun haqqında keçmişdə danışmaq o qədər çətin gəlir ki…. Həmdə adam inanmaq istəmir. Aqşin Babayevin rəhmətə getdiyinə …

Aqshin Babayev 1936-cı ildə anadan olub. 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Əmək fəaliyyətinə tələbəykən respublika radiosunda başlayıb. Əslində onun xidmətlərini saymaqla bitirmək olmaz. Milli Məclisin mətbuat xidmətinin ilk rəhbəri, 10 cilddən ibarət "Seçilmiş əsərləri"n müəllifi, O, 30-dan artıq xarici ölkə filmini Azərbaycan dilinə tərcümə edən, Kişilər az yaşadı” romanının müəllifi, məşhur Türk şairi Nazim Hikmətin cəfakeş araşdırıcısı, Türkiyənin “Nazim Hikmət Kültür və Sanat Vəqfi” rəyasət heyətinin üzvü, əməkdar jurnalist, 2-ci dərəcəli dövlət müşaviri… Bütün bunları 84 illik ömür yoluna şərəflə sığışdırdı Aqşin Babayev. Və bu gün səhər saatlarında bizi tərk etdi. Son sözləri isə bu oldu. ALLAHIN huzuruna qovuşdum. Artıq ağrı hiss etmirəm.

İndi Aqşin Babayevin ailə üzvlərinin bir xahişi var. Hazırda yaşadığımız pandemiya şəraitində karantin rejimi qaydalarına düzgün əməl etmək . Məhz bu səbəbdən dəfn mərasiminin geniş miqyasda təşkili də nəzərdə tutulmayıb. Başsağlığını sosial şəbəkələrdən və ya telefon vasitəsiylə çatdırmaq kifayətdir. Ailə üzvlərinin də dediyi kimi, Aqşin Babayevi ürəklərdə yaşadın yetər.
 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər