Mir Şahinin vaxtı - VİDEO (14.06.2020)

Mir Şahinin vaxtı - VİDEO (14.06.2020)

REAL Təhlil və İnformasiya Mərkəzi. Mir Şahin. Hər vaxtınız xeyir.

Yenə işıqdan başlayaq. Prezident İlham Əliyev bu həftə Bakının Xətai rayonunda “Azərenerji” açıq səhmdar cəmiyyətinin  “Əhmədli” yarımstansiyasının açılışında iştirak etdi.

Beləliklə, Prezidentin birbaşa göstərişi və nəzarəti altında elektrik stansiyaları ilə yanaşı, ötürücü şəbəkədə də geniş yenidənqurma, təmir və bərpa işləri kontekstində hazırlanan reablitasiya proqramı  çərçivəsində son iki il ərzində 1 ədəd 500, 2 ədəd 330, 2 ədəd 220 və 10 ədəd 110 kVluq yarımstansiya yenidən quruldu. 12 yarımstansiyada təmir-bərpa işləri  həyata keçirildi.

Ola bilsin ki,  bu, artıq belə açılışlara adət etmiş komformist tamaşaçı üçün sıradan bir hadisədir. Hətta onun “nə olsun?” Prezident onsuz da az qala hər kvartalda belə yarımstansiyaların açılışını edir!” pıçıltısını da eşidirəm. Amma mən bu darıxdırıcı, rahatlığın ərköyün etdiyi şərti qardaş-bacılarımızın əsnək tonunu bölüşmürəm. Çünki söhbət sadəcə yarımstansiyalardan yox, dövlətin enerji müstəqilliyinin möhkəmləndirilməsindən gedir.

Bununla da dövlətin enerji əlçatanlığına görə nə üçün dünya ikincisi olduğunu asanlıqla, əmin-arxayınlıqla anlayırsan. Axı o qədər də uzaq tarix deyil.

2018-ci ilin iyulu.   

Azərbaycanın müstəqilliyinin Mingəçevirdə bir nasaz düymə və ya bi fərsiz məmurun köynəyinin düyməsindən də etibarsızcasına açılan düymə səbəbindən qonşu respublikaların əlinə keçməsinin nə qədər dəhşətli bir fakt olduğu özünü göstərdi.

“Utanıram, cənab prezident!” əslində bir məmurun yox, enerji sektorunun, işıq, cərəyan təsərrüfatımızın xəcalət dolu etirafı idi. O zülmətdən sonra dövlət ölkənin elektrik enerjisi təsərrüfatının yenidən qurulmasını dəfələrlə sürətləndirdi. Bu gün ölkə tam sürətlə işıq gələn tərəfə gedir. Eyni zamanda yaxın gələcəyin ənənəvi enerjidən sonrakı zamanını da nəzərə alaraq. Davos çağırışları Azərbaycandan planetin ekologiyasını qorumağı da tələb edir. Buna görə də hədəf belədir: bərpa olunan enerji təchizatında da tezliklə lider olmaq. Mövzuya bir qədər sonra qayıdacağıq.

Müsahibimiz Azərbaycanın Energetika nazirinin müavini Samir Vəliyev olacaq. Ona verəcəyimiz suallar çoxdur.

Bərpa olunan enerji sahəsində bu günədək hansı işləri görmüşük.

Enerji transformasiyasına necə və nə qədər hazırıq?

Və s. Onu da nəzərə alaq ki, planet yeni dünya formatına, yeni yaşayış fazasına keçib və bu reallıq bərpa olunan enerjinin pandemiya dövründə alternativsizliyini ön plana çıxarır.

Maraqlı müsahibə vəd edirəm.

Pandemiyaya toxunduq. İlham Əliyev neçənci həftədir ki, vətəndaşa öz nümunəsində, öz şəxsində aydın nümayiş etdirir ki, Prezident kimi o artıq yeni standartlara və şərtlərə uyğun fəaliyyət göstərir. Beynəlxalq təyinatlı, yerli səviyyəli görüşlərinin qrafikini dəyişmir. Maska taxmaq, sosial məsafə saxlamaq ona sıx qrafiklə işləməyə əsla mane olmur.

"Biz müşahidə edirik ki, vətəndaşlar son günlər tibbi maskalardan daha çox istifadə edirlər. Bir daha demək istəyirəm ki, bu, qapalı şəraitdə mütləqdir. Mən bütün qapalı yerlərdə tibbi maskadan istifadə edirəm və hər kəs də qapalı şəraitdə tibbi maskadan istifadə etməlidir - ictimai nəqliyyatda, ofislərdə, alış-veriş mərkəzlərində. Açıq havada bu, tövsiyə olunur, əgər yaxın təmas yoxdursa, maskadan istifadə etməmək də olar. Ancaq qapalı şəraitdə hər kəs mütləq maskadan istifadə etsin, hər kəs məsafə saxlasın və şəxsi gigiyenaya fikir versin. Çünki cəmi bu üç amil, - bunu həkimlər, müxtəlif ictimai xadimlər bəlkə də min dəfə deyiblər, - gərək nəzərə alınsın: tibbi maska, bir yarım-iki metr məsafə və dezinfeksiya vasitələri. Bu amillər insanları həkimlərin yekdil rəyinə görə, 95 faiz qoruyur. Ona görə vətəndaşlardan artıq dərəcədə xahiş edirəm ki, bu çox sadə qaydalara əməl etsinlər və bilsinlər ki, koronavirus yoxa çıxmayıb.

... Bəzi insanlar məsuliyyətsizlik göstərirlər. Ancaq bütövlükdə deyə bilərəm ki, Azərbaycan cəmiyyəti çox böyük məsuliyyət, nizam-intizam göstərir. Şənbə-bazar günlərində xüsusi karantin rejimi bunu göstərdi, qayda pozuntuları çox cüzi sayda olmuşdur. Bu, onu göstərir ki, vətəndaşlar məsuliyyəti dərk edirlər. Ancaq hər bir vətəndaş bunu dərk etməlidir. Çünki bir məsuliyyətsiz vətəndaş yüz nəfəri yoluxdura bilir, onların və özünün həyatını risk altına ata bilir.

Koronavirus yoxa çıxmayıb və yoxa çıxmayacaq. Həkimlərin ümumi rəyinə görə, peyvənd icad olunana qədər insanlar bu xəstəlikdən əziyyət çəkəcəklər. Ona görə biz də hazır olmalıyıq ki, yeni davranış qaydaları çərçivəsində yaşayaq. İndi bunun başqa yolu yoxdur. Bir daha demək istəyirəm ki, bu davranış qaydaları insanlara o qədər də əziyyət vermir. Sadəcə dediyim qaydalara əməl etmək və daha məsuliyyətli olmaq lazımdır".

Parça Əliyevin Sumqayıt şəhərində və Abşeron rayonunun Saray qəsəbəsində 3 modul tipli xəstəxananın açılışındakı çıxışındandır.

Prezidentin və Birinci xanımın iştirak etdiyi bu mühüm hadisə bir sıra çox vacib mesajlarla yadda qaldı.

Əvvəla, ölkənin Ali Rəhbərliyi Operativ Qərargah, İcbari Tibbi Sığorta Agentliyi və TƏBİB-in fəaliyyətini təqdir etməklə həm, onların gərgin zəhmətinə yüksək qiymət verdi, dövlətimizin bu planet bəlasıyla apardığı mübarizədə öndə getməsinin əsas şərti kimi yenə də hərəkətverici qüvvə olduğunu təvazökar şəkildə qeyd etdi, həm də sosial şəbəkələrdə qəhrəmanlıq edən bəzi ağzı göyçək, ağlı səyçəklərin yersiz iradlarının qarşısına şəxsən özü çıxdı.

“Eyni zamanda, mən bu işləri təşkil edən qurumların fəaliyyətini də yüksək qiymətləndirirəm. Operativ Qərargah, İcbari Tibbi Sığorta Agentliyi və TƏBİB fəal işləyirlər. Xüsusilə həkimlərin fəaliyyətini, fədakarlığını qiymətləndirmək istərdim. Azərbaycan xalqı həkimlərin fədakarlığına çox yüksək qiymət verir. Mən də bir daha bütün həkimlərə minnətdarlığımı bildirmək istəyirəm. Onlar öz həyatlarını risk altına atırlar. Onlar aylarla öz ailə üzvlərini görə bilmirlər və çox ağır şəraitdə xüsusi geyimlərdə gecə-gündüz xəstələrin yanındadırlar, onların həyatını xilas edirlər. Bizdə ölüm səviyyəsinin çox aşağı olması, ilk növbədə, həkimlərin peşəkarlığı, fədakarlığı hesabınadır.”

Bu eyni zamanda sözün həqiqi mənasında xalqın, sözün həqiqi mənasında canını və sözün həqiqi mənasında fəda edən həkimlərə ən yüksək səviyyədə mənəvi dəstək ifadəsi idi.

Həkimlərin ayaq üstə alqışlanması da elə bu məntiqin yekunu idi.

İkincisi: Prezident bir daha öz dünyagörüşünü nümayiş etdirdi. Dünyanı gördüyünü. Ən yuxarı nöqtədən. Sərrast, aydın, geniş bucaqlı və çox ölçülü formatda. Azərbaycanın lideri pandemiya ilə mübarizənin bir respublika civarında aparılmasını kifayət hesab etmir. Deməli, mübarizə planetin hər yerində aparılmalıdır və İlham Əliyev Azərbaycanın yeni beynəlxalq göstəricilərinə görə üzərinə düşən səlahiyyət və məsuliyyətin həcmini, bəşəriyyət qarşısındkı borcunu da qürurla hiss edir. İndi baxacağınız parçada bir yer var: “10 il, 20 il əvvəl kimin ağlına gələ bilərdi ki, Azərbaycan 30-a yaxın ölkəyə humanitar yardım göstərə bilər”, Qısası, izləyək.

Sonra Prezidentin toxunduğu keçmişə, təxminən 30 il əvvələ qayıdaq.

“...Biz Qoşulmama Hərəkatının üzvlərinə, ilk növbədə, müraciət edərək təklif etdik ki, BMT Baş Assambleyasının COVID-19 ilə bağlı xüsusi sessiyası keçirilsin. Bu dəstəyi biz aldıq, Qoşulmama Hərəkatının üzvləri bu təşəbbüsümüzü yekdilliklə dəstəklədilər və ondan sonra biz BMT Baş katibinə, - o, Qoşulmama Hərəkatının Zirvə görüşündə öz sözünü demişdi, müraciətini səsləndirmişdi, - müraciət etdik və indi cavab gözləyirik. Hesab edirəm ki, indiki şəraitdə dünya birliyinin bu məsələ ilə bağlı vahid mövqedən çıxış etməsi zəruridir. Bütün dünya birliyini birləşdirən təşkilat Birləşmiş Millətlər Təşkilatıdır. Ona görə biz belə təkliflə çıxış etdik və ümid edirik ki, bu, müsbət qarşılanar. İndi biz ikitərəfli və çoxtərəfli formatda məsləhətləşmələr aparırıq və əgər bu təklif qəbul olunarsa, onda, bax, dediyim kimi, bir daha Azərbaycanın təşəbbüsü ilə dünya birliyi birləşib bu məsələ ilə bağlı öz sözünü deyəcək. Çünki burada əsas məsələ özünə qapanmamaqdır. Biz yaxşı xatırlayırıq ki, pandemiyanın ilkin dövründə bəzi ölkələr özlərinə qapandılar. Bəzi ölkələr humanitar məsələlərdə də özlərini elə apardılar ki, sonra yəqin utandılar. Bəzi ölkələr təşviş içində idi. Biz bəzən vəsaitlə aldığımız tibbi avadanlığı gətirməkdə çətinlik çəkirdik. Ona görə indiki şəraitdə hesab edirəm ki, dünya birliyi vahid mövqedən çıxış etməlidir. Bununla paralel olaraq, biz fərdi qaydada 14 ölkəyə humanitar yardım göstərdik. O ölkələr ki, buna onların ehtiyacı var və bizə müraciət etmişdilər. Eyni zamanda, biz Ümumdünya Səhiyyə Təşkilatı xətti ilə əlavə 15 ölkəyə humanitar yardım göstəririk. İndi bu proses gedir. Bu 15 ölkə Qoşulmama Hərəkatına üzv olan ölkələrdir. Ölkələrin siyahısı Ümumdünya Səhiyyə Təşkilatı və Azərbaycan tərəfindən razılaşdırılıb. Burada əsas meyar ən çox ehtiyacı olan ölkələrdir.

Bildiyiniz kimi, Ümumdünya Səhiyyə Təşkilatına Azərbaycan fərdi qaydada iki dəfə ianə veribdir və beləliklə, Azərbaycan beynəlxalq təşkilat vasitəsilə 29 ölkəyə humanitar yardım göstərib. Mən indi bu məsələ ilə bağlı dünyada gedən prosesləri, mənzərəni izləyirəm və tam məsuliyyətlə deyə bilərəm ki, pandemiya dövründə ən çox humanitar yardım göstərən ölkələrdən biri Azərbaycandır. Bax, budur bizim ölkəmiz, budur müstəqilliyimizin üstünlükləri. Kimin ağlına gələ bilərdi ki, Azərbaycan bu bəla ilə təkbaşına, bu cür, belə məharətlə, peşəkarlıqla, təmkinlə, ləyaqətlə bacara bilsin. Hələ bəlkə 10 il, 20 il bundan əvvəl kimin ağlına gələrdi ki, Azərbaycan 30-a yaxın ölkəyə humanitar yardım göstərə bilər. O dövrdəki bəzi ölkələr indi o biri ölkələrə çatacaq humanitar yardımı da özlərinə, necə deyərlər, götürmüşdülər. Ona görə biz həm ölkə daxilində, həm beynəlxalq müstəvidə düzgün, ləyaqətli siyasət aparırıq. Ona görə bizə olan rəğbət və hörmət gündən-günə artır.

“Hələ bəlkə 10 il, 20 il bundan əvvəl kimin ağlına gələrdi ki, Azərbaycan 30-a yaxın ölkəyə humanitar yardım göstərə bilər!”

Prezidentin sualının istiqamətilə sizi 27 il əvvələ dəvət edirəm: Elçibəy –Kərimli iqtidarının ən mühüm dövlət toplantısına.

Tribunada dövlət gömrük komitəsinin sədri İbrahim Vəliyevi görəcəksiniz. İclasa sədrliyi Kərimli edir. Sualları isə Prezident Elçibəy verir. Kiçik bir giriş verim ki, söhbətin nədən getdiyi anlaşılsın. Əbülfəz Elçibəy gömrük orqanlarındakı biabırçılıqlardan danışır. İbrahim Vəliyev isə çətin də olsa özünü müdafiə etməyə çalışır.

Tribunadakı gömrük komitəsinin sədridir. İbrahim Vəliyev. Sualları Elçibəy verirdi. Dialoqun gedişindən aydın olur ki, ölkə sadəcə talanır. Və biz bu arxiv kadrları nümayiş etdirməklə, heç də kimisə qıcıqlandırmaq niyyətində deyilik. Sadəcə, hansı keçmişdən gəlib hansı indidə yaşadığımızı və hansı gələcəyə gedəcəyimizi düşünək-deyə göstəririk. Həm də o müşavirə Elçibəyin qiyam ərəfəsində keçirdiyi son irimiqyaslı ali toplantıdır. Elçibəy iqtidarının yıxılmasını, daha doğrusu hakimiyyətdən qovulmasını müxtəlif səmtlərdən izah etmək olar. Amma ən vacib səbəb bayaq sadalanan problemlərin artıq bütün dövlətdə metastaz verməsi, təsadüfi adamların hakimiyyət səriştəsizliyinin, acgözlüyünün, hakimiyyətsizliyin, dərəbəyliyin yaratdığı mütəşəkkil cinayət sistemini üsyanla aradan qaldırmasıdır.

İyun ayının 15-də Milli Qurtuluş gününü qeyd edirik. Gəlin bir daha xatırlayaq ki, hansı fəlakətdən, faciədən qurtulmuşuq və Heydər Əliyev olmasaydı, bizi nə gözləyirdi... Elçibəy iqtidarının zəif və pinti idarəçiliyinə üsyanın vətəndaş mühsibəsinə keçməsi... Polkovnik Surət Hüseynov artıq Bakının bir addımlığında idi. Yadımdadır. Polkovnikin qüvvələri üzü Bakıya irəliləyir, yolüstü icra başçılarını bir-bir qovur, özləri kabinetlərə keçirdilər. O vaxt dəbdə olan təbirlə desək, bədən tərbiyəsi müəllimləri ixtisaslarına uyğun olaraq hərəkət edirdilər, qaçırdılar. Nəvahi rayonunda qurulmuş postda isə üzü Bakıya Qrad qurğusu dayanmışdı. Azərbaycan parçalanmağa başlamışdı. Ermənistan hərbi və siyasi himayədarlarının köməyilə ölkənin böyük bir hissəsini ələ keçirməkdə idi. Şimalda və Cənubda separatçılar dövləti şaqqalamaqdaydılar. Bu həftə Milli Məclisin iclasında 27 il əvvəl də xatırlandı. Mənə millət vəkili Zahid Orucun çıxışı bir sıra aspektdən maraqlı və müəyyə mənada hətta fəlsəfi təsir bağışladı.

Zahid Orucun çıxışı həm də ona görə sıradan deyildi ki, o həm də Sosial Araşdırmalar Mərkəzinin rəhbəri kimi danışırdı. Cəmiyyətin öyrənilməsi, gerçək ictimai-siyasi-sosial monitorinq, özü də dürüst monitorinq baxımından geniş informasiya bankına, ilkin mənbədən məlumat qovluğuna çıxış imkanına, ictimai əhval-ruhiyyənin səmimi dosyesinə malik olan Zahid Oruc əslində dövlətin ideoloji məhək daşı ola biləcək məqamlara toxunmuşdu. 93-cü ildə hakimiyyətdən qovulan qüvvələrin nəhayət bir siyasi əxlaq nümayiş etdirərək Heydər Əliyevin xilaskar missiyasını qəbul etmək və bununla da özünü öz mənəviyyat-vicdan amnistisiyasına tapşırmaq təklifi!

Millət vəkilimizi on görə ölkənin ciddi beyin mərkəzinin rəhbəri olaraq dinləməyi lazım bildim. Çünki bu gün sosial şəbəkələrdə müxtəlif qüvvələrə qiblələnmiş, təhlükəli manipulyatorlar var və onlar cəmiyyəti çaşdıran mövqelər təlqin edirlər. Ən təhlükəlisi isə budur ki, belə tragi-fantazyorlar sosial şəbəkələrdə mövcud olan vəziyyəti cəmiyyətin real mənzərəsi tək qələmə verirlər. Sosial həssas qrupların aqibətinə çevik reaksiya verən, onların problemlərinin həllinə həssas yaraşan dövlət rəhbərliyini--- onların isti-isti reaksiyalarında tutub, bir növ şantaj edirlər. Təşkil olunmuş rəylər və şərhlərlə sosial şəbəkələrdə oturanları yönəldir, onların aqressiyasını kritik massa-böhran kütləsi yerinə təqdim edirlər. Fikir versəniz görərsiniz ki, əslində dünyanın, Avropanın, müsəlman ölkələrinin ən dinc və abad, ən sabit və inkişaf edən respublikası olan Azərbaycan haqqında çıxışlara, paylaşımlara bir qayda olaraq sosial şəbəkələrdə belə girişlə başlayanlar çoxalır. “Prezident xalqı bu çox ağır vəziyyətdən çıxarmaq üçün”, ya “Dövlət başçısı əhalinin bu acınacaqlı durumunda”, və ya “Prezident hər şeyi edir ki, xalq evinə heç olmasa acından ölməmək üçün çörək aparsın...” yaxud “ əhali elə bir emosianal durumdadır ki, fors-major vəziyyətdə hakimiyyətlə toqquşmağa tam hazırdır! və s... Gətirdiyim misallarını özümdən uydurmuram. Belə məzmunlu çıxışların müəllifləri arasında, özünü ağıllı, hətta bizim ağıllı hesab etdiklərimiz var... bax belə yanaşma sadəcə çaşdırmaq məqsədi güdür. Adidən aliyə hamını! Baxın, əslində cəmiyyətdəki kifayət qədər sabit, etibarlı, müdafiə və mühafizə olunmuş milli ovqatı, iqtidar-xalq birliyini, ümumxalq əhval-ruhiyyəsinin bu sağlam görünüşünü görməzliyə vuran, əvəzində altşüura altdan-altdan böhran!böhran!böhran!-komandalı hipnoz siqnalları ötürən xətt və xətkeş ustaları əyri niyyətə düzləniblər.

Sosial şəbəkələrdə dövlətin maraqları ən az qorunur. Burda söz sahibi hələ ki, əsasən qaragüruhdur! Söyüş, təhqir, təhrikçi, antidövlət platforması yayıcıları... Onlara cavab verən, minnətlə cavab verən, 3 tənqiddən, beş böhtandan sonra bir dənə də yüngül tərif reveransı edən zümrə barədə görünür ayrıca danışmaq lazım gələcək. Belələri fürət düşəndə dövlətə tolazlamağa arxalarında daş saxlayıblar. Dövlətdən çox öz maskalarını, abırlarını qoruyurla... Gəlin etirafı da igidin yaraşığı hesab edək. Dövləti idologiyanın tərtibatçıları, xüsusilə hakim partiya burdakı boşluğu təcili doldurmaq üçün ciddi konsepsiya, tədbirlər planı düşünməlidir. Məlumatsız, təcrübəsiz yeniyetmələrin səfil-sərgərdan dolaşdığı virtual prospektlərdə, dalan və tinlərdə dövlətin sosset patrulları saxlanmalıdır. Başa düşürəm, dövlət mövqelərini, sağlam məntiqi qoruyanların tərəfində olmaq həm də qaragüruh çirkabının, söyüş və təhqir maşınının qabağına sinə gərmək deməkdir... Bu addımı hər anklav qeyrətlisi atmağa cəsarət etmir. Amma dövləti qorumaq kimi bir əsas vəzifəmiz də var və bu gün ağlı üstündə-başında olan partiyalar gərəkdir ki, ölkənin bütün ağlı kəsməzlərini, yeniyetmələrini, cocuqlarını doğru faktlarla təmin etsin. Erməni separatizmi ilə eyni düşərgədən itələnən dırnaqarası milli burqomisterlər artıq öz xislətlərini gizlətmirlər də. Bilmirəm. Bəlkə də yanılıram. Amma məsələn, Bəxtiyar Hacıyevin o zaman Nikol Paşinyana sual verək imkanı qazanması artıq mənə başqa səbəbli görünür. Yoxsa Yasamalda polisə hücum aktı zəminində yaranmış vəziyyəti aparıb Xocalı soyqıımı müəlliflərinin avtomatına lülədaş edən müəmmalı harvard məzununu başqa cür necə başa düşək... Görünür Paşinyanla Bəxtiyarı mənəvi tellər bağlayır.

O tellərdən kim yaş paltar asır?

Araşdırmaq lazımdır... Yasamal rayonu ərazisində polis əməkdaşları ilə toqquşan insanlara da bəraət axtarmaq olar... Amma daha ermənilərə pas vermək ki, sabah azərbaycanlılarla birgə yaşayışı mümkün hesab etməyin a, pis olar???-yox da... Bu mənfi 45 dərəcə vicdandır.

Biz bu ayın 10-da ötən həftənin qapalı iki sutkası mövzusunu xüsusi buraxılışla şərh etdik. Mən o görüşdə Polisə zibil hücumunun heç də təsadüf olmadığını demişdim. Polisə nifrət aşılamaq, onu gözdən salmaq diversiyasının bəzi duracaqlarında dayanmışdım. Misallar çəkmişdim. Amma çox maraqlı bir faktı qeyd etməyi unutmuşdum. Yasamalda qeydə alınmış polisə hücum aktından bir az əvvəl metroda baş verən bir hadisəni. Deməli, polis əməkdaşı vaqondakı sərnişinlərdən çox mülayim tərzdə xahiş edirdi ki, maska geyinsinlər... sosial məsafə saxlasınlar. Bu zaman sərnişinlər əcayib və şübhəli bir mütəşəkkilliklə onu vaqondan bayıra itələyirlər... Baxaq.

Zahid Orucun çıxışı həm də ona görə sıradan deyildi ki, o həm də Sosial Araşdırmalar Mərkəzinin rəhbəri kimi danışırdı. Cəmiyyətin öyrənilməsi, gerçək ictimai-siyasi-sosial monitorinq, özü də dürüst monitorinq baxımından geniş informasiya bankına, ilkin mənbədən məlumat qovluğuna çıxış imkanına, ictimai əhval-ruhiyyənin səmimi dosyesinə malik olan Zahid Oruc əslində dövlətin ideoloji məhək daşı ola biləcək məqamlara toxunmuşdu.

93-cü ildə hakimiyyətdən qovulan qüvvələrin nəhayət bir siyasi əxlaq nümayiş etdirərək Heydər Əliyevin xilaskar missiyasını qəbul etmək və bununla da özünü öz mənəviyyat-vicdan amnistisiyasına tapşırmaq təklifi! Mllət vəkilimizi on görə ölkənin ciddi beyin mərkəzinin rəhbəri olaraq dinləməyi lazım bildim. Çünki bu gün sosial şəbəkələrdə müxtəlif qüvvələrə qiblələnmiş, təhlükəli manipulyatorlar var və onlar cəmiyyəti çaşdıran mövqelər təlqin edirlər. Ən təhlkəlisi isə budur ki, belə tragi-fantazyorlar sosial şəbəkələrdə mövcud olan vəziyyəti cəmiyyətin real mənzərəsi tək qələmə verirlər. Sosial həssas qrupların aqibətinə çevik reaksiya verən, onların problemlərinin həllinə həssas yaraşan dövlət rəhbərliyini--- onların isti-isti reaksiyalarında tutub, bir növ şantaj edirlər. Təşkil olunmuş rəylər və şərhlərlə sosial şəbəkələrdə oturanları yönəldir, onların aqressiyasını kritik massa-böhran kütləsi yerinə təqdim edirlər. Fikir versəniz görərsiniz ki, əslində dünyanın, Avropanın, müsəlman ölkələrinin ən dinc və abad, ən sabit və inkişaf edən respublikası olan Azərbaycan haqqında çıxışlara, paylaşımlara bir qayda olaraq sosial şəbəkələrdə belə girişlə başlayanlar çoxalır. “Prezident xalqı bu çox ağır vəziyyətdən çıxarmaq üçün”, ya “Dövlət başçısı əhalinin bu acınacaqlı durumunda”, və ya “Prezident hər şeyi edir ki, xalq evinə heç olmasa acından ölməmək üçün çörək aparsın...” yaxud “ əhali elə bir emosianal durumdadır ki, fors-major vəziyyətdə hakimiyyətlə toqquşmağa tam hazırdır! və s... Gətirdiyim misallarını özümdən uydurmuram. Belə məzmunlu çıxışların müəllifləri arasında, özünü ağıllı, hətta bizim ağıllı hesab etdiklərimiz var... bax belə yanaşma sadəcə çaşdırmaq məqsədi güdür. Adidən aliyə hamını! Baxın, əslində cəmiyyətdəki kifayət qədər sabit, etibarlı, müdafiə və mühafizə olunmuş milli ovqatı, iqtidar-xalq birliyini, ümumxalq əhval-ruhiyyəsinin bu sağlam görünüşünü görməzliyə vuran, əvəzində altşüura altdan-altdan böhran!böhran!böhran!-komandalı hipnoz siqnalları ötürən xətt və xətkeş ustaları əyri niyyətə düzləniblər. Sosial şəbəkələrdə dövlətin maraqları ən az qorunur. Burda söz sahibi hələ ki, əsasən qaragüruhdur! Söyüş, təhqir, təhrikçi, antidövlət platforması yayıcıları... Onlara cavab verən, minnətlə cavab verən, 3 tənqiddən, beş böhtandan sonra bir dənə də yüngül tərif reveransı edən zümrə barədə görünür ayrıca danışmaq lazım gələcək. Belələri fürət düşəndə dövlətə tolazlamağa arxalarında daş saxlayıblar. Dövlətdən çox öz maskalarını, abırlarını qoruyurla... Gəlin etirafı da igidin yaraşığı hesab edək. Dövləti idologiyanın tərtibatçıları, xüsusilə hakim partiya burdakı boşluğu təcili doldurmaq üçün ciddi konsepsiya, tədbirlər planı düşünməlidir. Məlumatsız, təcrübəsiz yeniyetmələrin səfil-sərgərdan dolaşdığı virtual prospektlərdə, dalan və tinlərdə dövlətin sosset patrulları saxlanmalıdır. Başa düşürəm, dövlət mövqelərini, sağlam məntiqi qoruyanların tərəfində olmaq həm də qaragüruh çirkabının, söyüş və təhqir maşınının qabağına sinə gərmək deməkdir... Bu addımı hər anklav qeyrətlisi atmağa cəsarət etmir. Amma dövləti qorumaq kimi bir əsas vəzifəmiz də var və bu gün ağlı üstündə-başında olan partiyalar gərəkdir ki, ölkənin bütün ağlı kəsməzlərini, yeniyetmələrini, cocuqlarını doğru faktlarla təmin etsin. Erməni separatizmi ilə eyni düşərgədən itələnən dırnaqarası milli burqomisterlər artıq öz xislətlərini gizlətmirlər də. Bilmirəm. Bəlkə də yanılıram. Amma məsələn, Bəxtiyar Hacıyevin o zaman Nikol Paşinyana sual verək imkanı qazanması artıq mənə başqa səbəbli görünür.Yoxsa Yasamalda polisə hücum aktı zəminində yaranmış vəziyyəti aparıb Xocalı soyqıımı müəlliflərinin avtomatına lülədaş edən müəmmalı harvard məzununu başqa cür necə başa düşək... Görünür Paşinyanla Bəxtiyarı mənəvi telıər bağlayır. O tellərdən kim yaş paltar asır? Araşdırmaq lazımdır... Yasamal rayonu ərazisində polis əməkdaşları ilə toqquşan insanlara da bəraət axtarmaq olar... Amma daha ermənilərə pas vermək ki, sabah azərbaycanlılarla birgə yaşayışı mümkün hesab etməyin a, pis olar???-yox da... Bu mənfi 45 dərəcə vicdandır.

Biz bu ayın 10-da ötən həftənin qapali iki sutkası mövzusunu xüsusi buraxılışla şərh etdik. Mən o görüşdə Polisə zibil hücumunun heç də təsadüf olmadığını demişdim. Polisə nifrət aşılamaq, onu gözdən salmaq diversiyasının bəzu duracaqlarında dayanmışdım. Misallar çəkmişdim. Amma çox maraqlı bir faktı qeyd etməyi unutmuşdum. Yasamalda qeydə alınmış polisə hücum aktından bir az əvvəl metroda baş verən bir hadisəni. Deməli, polis əməkdaşı vaqondakı sərnişinlərdən çox mülayim tərzdə xahiş edirdi ki, maska geyinsinlər... sosial məsafə saxlasınlar. Bu zaman sərnişinlər əcayib və şübhəli bir mütəşəkkilliklə onu vaqondan bayıra itələyirlər... Baxaq.

Polis üzərində qazanıln “naşa malenkaya pobeda!” bəlkə elə Yasamalda baş verən xuliqanlığa, polisə zibil atmaq aksiyasına hazırlıq idi. Sosial şəbəkələrin drijor çubuğu altında baş verən o provakasiyanın müəlifi hətta Trampın belə lənətlədiyi sosial şəbəkələr idi. İndi isə həmin xüsusi buraxılışın əsas parçalarına baxaq.

Və daha bir kadr da göstərmək istəyirəm Sizə. Polis bu günlər özünü pis hiss edən yaşlı qadının qayğısına qalır. Baxaq. Yəqin ki, “cənnət anaların ayaqları altındadır!” deyən Peyğəmbərimiz bu kadrlarda Polis əməkdaşının bu qədər ucalaraq ana ayağını yumasını bu virus vaxtı elə cənnətin özünün yuyulması tək qəbul etməyimizi bizə irad tutmaz.

Amma belə gerçək yaxşılıqların, rifah fraqmentlərinin sosial şəbəkələrdə təbliği olduqca azdır. Əksər hallarda sosial şəbəkələrdə düşməncəsinə şişirtmələrin şahidi oluruq. Bunu edənlərin əsas məqsəd-dövlətin imicinə zərbə endirməkdir. Qaragüruhun mey gəzdirib, mikrofon daşıyanı Osmanqızı, Cəmil Həsənli isə Hakimiyyəti soyqırımına cəhdə qədər hər şeydə ittiham edir. O qədər ağ edirlər ki, Floydun meyidi xəcalıətdən qızarır... Bəs kim müdafiə edir qaragüruhu. Xarici tullantıların rəngbərəng göyqurşağı. Bir az da Gey qurşağı. Erməni separatizmi ilə eyni düşərgədən itələnən dırnaqarası milli burqomisterlər artıq öz xislətlərini gizlətmirlər də. Bilmirəm. Bəlkə də yanılıram. Amma Bəxtiyar Hacıyevin o zaman Nikol Paşinyana sual verək imkanı qazanması artıq mənə başqa səbəbli görünür.Yoxsa Yasamalda polisə hücum aktı zəminində yaranmış vəziyyəti aparıb Xocalı soyqıımı müəlliflərinin avtomatına lülədaş edən müəmmalı harvard məzununu başqa cür necə başa düşək... Görünür Paşinyanla Bəxtiyarı mənəvi telıər bağlayır. O tellərdən görəsən kim yaş paltar asır? Araşdırmaq lazımdır... məni düz başa düşün. Yasamal rayonu ərazisində polis əməkdaşları ilə toqquşan insanlara da bəraət axtarmaq olar... Amma daha ermənilərə pas vermək ki, sabah azərbaycanlılarla birgə yaşayışı mümkün hesab etməyin a, pis olar???-yox da... Bu mənfi 45 dərəcə vicdandır. Onlar həmişə olduğu kimi yenə də öz amplualalarındadır. Baxın: bu həftə Azərbaycan diplomatiyası ciddi uğur qazanıb. Avropa Parlamenti İttifaqında Avropa Parlamentinin (AP) üzvləri, Avropa İttifaqı (Aİ) və Cənubi Qafqaz ölkələri üzrə Parlament Tərəfdaşlıq Komitələrində nümayəndə heyətinin sədri, AP üzvü, AP-nin Ermənistan üzrə daimi məruzəçisi və AP-nin Azərbaycan üzrə daimi məruzəçisi əslində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq birliyin mövqeyini yenidən və daha konkret ifadələrlə təsdiqləyib:

Amma belə gerçək yaxşılıqların, rifah fraqmentlərinin sosial şəbəkələrdə təbliği olduqca azdır. Əksər hallarda sosial şəbəkələrdə düşməncəsinə şişirtmələrin şahidi oluruq. Bunu edənlərin əsas məqsəd-dövlətin imicinə zərbə endirməkdir. Qaragüruhun mey gəzdirib, mikrofon daşıyanı Osmanqızı, Cəmil Həsənli isə Hakimiyyəti soyqırımına cəhdə qədər hər şeydə ittiham edir. O qədər ağ edirlər ki, Floydun meyidi xəcalıətdən qızarır... Bəs kim müdafiə edir qaragüruhu. Xarici tullantıların rəngbərəng göyqurşağı. Bir az da Gey qurşağı. Erməni separatizmi ilə eyni düşərgədən itələnən dırnaqarası milli burqomisterlər artıq öz xislətlərini gizlətmirlər də. Bilmirəm. Bəlkə də yanılıram. Amma Bəxtiyar Hacıyevin o zaman Nikol Paşinyana sual verək imkanı qazanması artıq mənə başqa səbəbli görünür.Yoxsa Yasamalda polisə hücum aktı zəminində yaranmış vəziyyəti aparıb Xocalı soyqıımı müəlliflərinin avtomatına lülədaş edən müəmmalı harvard məzununu başqa cür necə başa düşək... Görünür Paşinyanla Bəxtiyarı mənəvi tellər bağlayır. O tellərdən görəsən kim yaş paltar asır? Araşdırmaq lazımdır... məni düz başa düşün. Yasamal rayonu ərazisində polis əməkdaşları ilə toqquşan insanlara da bəraət axtarmaq olar... Amma daha ermənilərə pas vermək ki, sabah azərbaycanlılarla birgə yaşayışı mümkün hesab etməyin a, pis olar???-yox da... Bu mənfi 45 dərəcə vicdandır. Onlar həmişə olduğu kimi yenə də öz amplualalarındadır. Baxın: bu həftə Azərbaycan diplomatiyası ciddi uğur qazanıb. Avropa Parlamenti İttifaqında Avropa Parlamentinin (AP) üzvləri, Avropa İttifaqı (Aİ) və Cənubi Qafqaz ölkələri üzrə Parlament Tərəfdaşlıq Komitələrində nümayəndə heyətinin sədri, AP üzvü, AP-nin Ermənistan üzrə daimi məruzəçisi və AP-nin Azərbaycan üzrə daimi məruzəçisi əslində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq birliyin mövqeyini yenidən və daha konkret ifadələrlə təsdiqləyib:

Beynəlxalq ictimaiyyətin bütün üzvləri Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyib və BMT Təhlükəszilik Şurasının qətnamələri başda olmaqla beynəlxalq təşkilatların qəbul etdiyi çoxsaylı qərar və sənədlər Ermənistan qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən tam və qeyd şərtsiz çıxarılmasını tələb edir.

REAL Təhlil və İnformasiya Mərkəzi Azərbaycanın Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri Fuad İsgəndərovdan müsahibə alıb.

Mehman Rəsulovun müsahibəsindən bəzi fraqmentləri təqdim edirik.

halda Allah yəqin özü yaxşı bilir ki, kimdi Allahsız və onun Azərbaycanda yeri hardadır. Bizdən isə dünyanın bu ağır günlərində tələb olunan sadəcə özümüzü, özümüz vasitəsilə DÖVLƏTİ qorumaqdır. Özü də özümüzdən daha çox başqalarına görə. Eqoist yox, yəni özü üçün yox, alicənabcasına. Bizim etməli olduğumuz əslində çox az şeydir. Maska taxmaq. Məsafə saxlamaq. Dövlətin tibb və səhiyyə siyasətində bir vətəndaş olaraq yaxından iştirak etmək! Artıq insan ömrünün, daha doğrusu ölümünün nə qədər ucuzlaşdığını görmək çox asandır. Başqa vaxt Aqşin Babayev kimi bir söz adamının, tarix insanının, ziyalının, yazıçının vəfatı bəlkə də ilin hadisələrindən olardı. Amma korona virus bizi Kəbədən də uzaqlaşdırıb. Ortada yalnız bir namaz bağlılığı var. Yeri gəlmişkən, məncə ən uzunmüddətli onlayn rabitə də elə budur. Kəbəyə üz tutub dua etmək. Allah rəhmət eləsin Aqşin Babaya. Uzunsürən xəstəlikdən sonra ani ölüm və uzun sürəcək bir xatirə qaldı. Kamran Qasımov xatırlayır...

İşıqlı xatirədən də yenə işğıa qayıdıram. Görüşümüzün əvvəlindəki kimi. Amma bu dəfə bərpa olunan enerji mövzusuna. Bir az əvvəl biz pandemiya şəraitində bu temanın əhəmiyyətinə toxunmuşduq. Yeni zaman yeni dəyərlər və yeni istehsal-istehlak münasibətləri yaradır-demişdik. Müsahibəyə baxmağa dəvət edirəm.

Sonda. Bu saat günün cəhənnəm istisi altında, gecənin ciyərkeçirməz bürküsündə xidmət çəkən polisimiz var. Onlar ləyaqətlə öz işlərini görür. Şikayətlənmədən. Biz isə şikayətlənirik. Nədən. Maska taxmaqdan. Həkimlər işgəncəli bir peşəyə çevrilmiş həkimliklə məşğuldurlar. Onlar virusa yoluxurlar ki, biz yoluxmayaq. Amma şikayətlənmirlər. ləyaqətlə öz işlərini görürlər. Biz əsəbiləşirik, ona əsəbiləşirik ki, niyə küçəyə çıxmağımıza məhduduiyyət qoyulub. Niyə sosial məsafə saxlamalıyıq. Baxın və müqayisə edin. Həkimdən və polisdən tələb olunanla bizdən tələb olunanlar nə qədər fərqlidir. Kimin tapşırığı daha ağırdır.

Gəlin Prezidentin bu fədakar insanları ayaq üstə alqışlamasını estafet kimi qəbul edək. Onlar üçün ayağa qalxaq. Və alqışlayaq!!! Salamat qalın.

Digər xəbərlər
Bu gün
Dünən