Pandemiyadan sonra Türkiyəyə səfər edəcək turistlər nələrlə qarşılaşacaq? - FOTOLAR

Pandemiyadan sonra Türkiyəyə səfər edəcək turistlər nələrlə qarşılaşacaq? - FOTOLAR
Hava limanlarında yeni dövrün qaydaları

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi Türkiyədə akkreditə olunmuş xarici media təşkilatlarının nümayəndələrini hava limanları terminallarında hazırlanan yeni qaydalarla tanış edib.

Ötən il 15 milyon turist qəbul etməklə rekord qıran Antalyaya səyahət edən jurnalistlərdən ibarət heyətə real qarşılanma vəziyyəti göstərilib.

Türkiyə Mülki Aviasiya Təşkilatı tərəfindən ilk “pandemiya sertifikatı” verilən Antalya hava limanında sərnişinlər hərarəti yoxlanıldıqdan, “COVID-19”a yoluxub-yoluxmaması ilə bağlı gəldiyi ölkənin tibbi arayışını təqdim etdikdən sonra sosial məsafəni qorumaq şərti ilə hava limanı ərazisinə buraxılıb. Baqaj alışı hissəsində də sosial məsafənin qorunmasının vacibliyini bildirən nişanlar vurulub. Bundan başqa hava limanı ərazisinə daxil olan bütün baqajlar xüsusi dezinfeksiya cihazından keçdikdən sonra sərnişinlərin olduğu terminala yönləndirilir. “Təhlükəsiz turizm” dövründə hava limanı daxilində fəaliyyət göstərən restoran və kafelərdə yeməklər xüsusi qaydalarla veriləcək.

Masalar pandemiya dövrünün qaydalarına uyğun olaraq arakəsmələrlə hazırlanıb. 

Qeyd edək ki, Antalya şəhər valiliyindən sentyabra qədər 2 milyondan çox turisti qəbul etməyə hazırlaşdıqlarını bildiriblər.

REAL-ın TÜRKİYƏ bürosu

 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər