Qəhraman tibb işçilərimiz fotoqraf Famil Mahmudbəylinin obyektivində - FOTOREPORTAJ

Qəhraman tibb işçilərimiz fotoqraf Famil Mahmudbəylinin obyektivində - FOTOREPORTAJ

COVID-19-la mübarizə çərşivəsində Azərbaycanda bir çox dövlət xəstəxanaları koronaviruslu xəstələrin müalicəsi üçün bağlanaraq ancaq bu xəstələr üçün ayrılıb. İdarə xəstəxanaları içərisində isə ilk olaraq Mərkəzi Gömrük Hospitalı fəaliyyətini digər xəstələr üçün tam məhdudulaşdıraraq koronaviruslu xəstələrin müalicəsini həyata keçirir. Hospitalın bütün tibb personalı tam gücü ilə səfərbər olub. Bu çətin və şərəfli işdə fədakar həkimlərimizin ən yaxın silahdaşları orta tibb işçiləri olan tibb bacıları və tibb qardaşları da “döyüş meydanı”na atılıblar. Mərkəzi Gömrük Hospitalının tibb işçiləri gecə-gündüz, evlərinə getmədən, ailələrindən uzaq düşərək, koronavirus xəstələrinin yanındadırlar və ən ağır xəstələrə belə öz həyatlarını risk altına ataraq qulluq edirlər. Tibb işçiləri müalicə şöbəsində iş vaxtının 70%-ni, reanimasiya şöbəsində isə öz iş vaxtının 96%-ni xəstələrin yanında keçirirlər

Qəhraman həkimlərimiz FOTOQRAF FAMİL MAHMUDBƏYLİNİN obyektivində

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər