Ermənistan uçurumun astanasında - VİDEO

Ermənistan uçurumun astanasında - VİDEO
Ermənistan hakimiyyətinin yaratdığı "Demokratiya" mifi dağılmaq üzrədir

Ermənistan heç də özünü dünyaya təqdim etdiyi kimi demokratik, liberal dəyərlərə sadiq ölkə deyil. Baxmayaraq ki, Avropa və ABŞ-ın bəzi strukturları onları daim belə təbliğ etməyə çalışır. Bunu politoloq, millət vəkili Rasim Musabəyov deyir. O, Azərbaycanın dəfələrlə həqiqətləri dediyini, lakin, Ermənistanın hər vəchlə bunları inkar etdiyini bildirir.

Millət vəkilinin sözlərinə görə, Paşinyan referendum yolu ilə deyil, parlamentin qərarı ilə konstitusiya qanunsuz dəyişikliklər edib, hakimiyyət bölgüsünü pozub, hakimiyyətin bütün qollarını öz əlində cəmləşdirib.

Paşinyan özünütəcrid siyasəti ilə heç nəyə nail olmayacağını anlayır, amma digər tərəfdən də öz iddialarından əl çəkmək istəmir. O, Qarabağ klanından çəkinir, ona olacaq təzyiqlərdən və hətta terrok aktlarından qorxur.

Politoloq dərinləşən siyasi böhran fonunda Ermənistan iqtisadiyyatının da inkişaf perspektivlərindən məhrum olduğunu deyir. Yalnız xaricdən gələn ianələr hesabına yaşamını sürdürmək istəyən Ermənistanda bir tərəfdən də demoqrafik gərginlik yaşanır. İnsanlar ölkəni tərk edir, təbii azalma gedir. Hazırda Ermənistanın real əhalisinin sayı 2 milyondan azdır.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər