BMT-nin xüsusi sessiyası keçiriləcək (VİDEO)

BMT-nin xüsusi sessiyası keçiriləcək (VİDEO)
"COVID-19"a həsr olunan sessiya İ.Əliyevin təşəbbüsü ilə baş tutacaq

Azərbaycan Prezidentinin təşəbbüsü ilə ilk dəfə koronavirusa qarşı mübarizə istiqamətində beynəlxalq səylərin səfərbər olunması müşahidə edilib.

Belə ki, İlham Əliyev COVID-19-la effektiv mübarizənin təmin edilməsi üçün beynəlxalq platformaların yaradılması təşəbbüsü ilə çıxış edib və bu istiqamətdə kifayət qədər ciddi, praktik addımlar atılıb. Məhz BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirilməsi təklifi də bu siyasətin davamıdır.

Bunu politoloq, Millət vəkili Elşad Mirbəşir deyir. O, aprel ayında koronavirusla mübarizə məsələlərinə həsr olunmuş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşünün, ardınca isə may ayının 4-də Qoşulmama Hərəkatının təmas qrupunun zirvə toplantısının da Azərbaycan Prezidentinin təşəbbüsü ilə keçirildiyini bildirib:

Qeyd edək ki, BMT nizamnaməsinə əsasən, quruma üzv ölkələrin çox hissəsi, yəni 97 ölkə bu və ya digər məsələnin müzakirəsi ilə bağlı xüsusi sessiyanın çağırılması təşəbbüsünü dəstəkləyərsə, o halda bu məsələnin reallaşması mümkündür. Qoyulmuş müddətin bitməsinə qədər 130 ölkə Azərbaycan Prezidentinin təşəbbüsünü dəstəkləyib və bu barədə Baş katibin ofisini məlumatlandırıb.

Təşəbbüsə qarşı çıxış edən yeganə dövlət isə Ermənistan olub.

Xatırladaq ki, Prezident İlham Əliyev Qoşulamama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış edib.

Təklif Nyu Yorkda 120 Qoşulmama Hərəkatına üzv ölkələr arasında yekdilliklə razılaşdırılıb və bunun ardınca Hərəkatın sədri Prezident İlham Əliyev quruma üzv ölkələr adından BMT baş katibi Antonio Quterreşə müraciət ünvanlayıb.

Qaydalara əsasən, BMT-yə üzv ölkələrin çox hissəsi, yəni 97 ölkə təşəbbüsə dəstək verdiyi təqdirdə, xüsusi sessiya təşkil olunmalıdır.

Sözügedən müddətin bitməsinə qədər 130 ölkə təşəbbüsə dəstək verdikləri barədə Baş katibin ofisini məlumatlandırıblar.

Beləliklə, Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyası keçiriləcək.
 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər