"Seria A"da "Milan" turu qələbə ilə başa vurub

Futbol üzrə İtaliya çempionatının 28-ci turunda "Milan" "Roma" nı 2:0 hesabı ilə məğlub edib.

Trend-in məlumatına görə, qarşılaşmada birinci qolu 78-ci dəqiqədə meydan sahiblərinin hücumçusu Ante Rebiç vurub. Xorvatiyalı hücumçu üçün bu qol İtaliya çempionatında səkkizinci oldu.

88-ci dəqiqədə "Milan" ın yarımmüdafiəçisi Hakan Çalhanoğlu penaltı vuruşunu həyata keçirib.

"Milan" 28 oyundan sonra 42 xalla turnir cədvəlində yeddinci yerdədir, "Roma" isə 48 xalla beşinci yerdədir.

REAL

Digər xəbərlər
Bu gün
Dünən