La Liqada "Real Madrid" yenidən zirvəyə yüksəlib

La Liqada

Futbol üzrə İspaniya La Liqasının XXXII tur qarşılaşmasında "Real Madrid" "Espanyol"un qonağı olub.

"Report" xəbər verir ki, Barselonada keçirilmiş qarşılaşma "kral klubu"nun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 45-ci dəqiqədə Kazemiro vurub. 

Bu nəticədən sonra “Real Madrid” 71 xalla liderliyə yüksəlib. Aktivində 69 xalı olan “Barselona” isə 2-ci pilləyə enib. “Espanyol” 24 xalla sonuncu – 20-ci yerdə qərarlaşıb. 

REAL

Digər xəbərlər
Bu gün
Dünən