“Women's Speed Chess Championship” Qran-Pri turnirində birinci mərhələnin qalibi müəyyənləşib

“Women's Speed Chess Championship” Qran-Pri turnirində birinci mərhələnin qalibi müəyyənləşib

Beynəlxalq Şahmat Federasiyası (FIDE) tərəfindən sürətli şahmat üzrə onlayn təşkil olunan “Women's Speed Chess Championship” Qran-Pri turnirinin birinci mərhələsinin qalibi müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, həlledici mərhələdə Rusiya şahmatçısı Valentina Quninanı məğlub edən Anna Uşenina (Ukrayna) Qran-Prinin birinci mərhələsinin qalibi olub.

Üçüncü yer uğrunda Vayşali Rameşbabu (Hindistan) ilə mübarizə aparan Anna Kostenyuk (Rusiya) qələbə qazanıb.

Xatırladaq ki, Qran-Prinin birinci mərhələsində iştirak edən Azərbaycan şahmatçısı Günay Məmmədzadə onaltıdabir finalda A.Kostenyuka məğlub olaraq mübarizəni dayandırıb. Təmsilçimiz G.Məmmədzadə Qran-Prinin daha iki mərhələsində iştirak edəcək.

Qran-Pri 4 mərhələ üzrə keçiriləcək və 21 şahmatçının hər biri 3 mərhələdə iştirak edəcək. Qran-Pri mərhələlərində ən çox xal toplayan şahmatçılar superfinala vəsiqə qazanacaqlar. Superfinal iyulun 20-də olacaq.

REAL

Digər xəbərlər
Bu gün
Dünən