Hamilə qadın koronavirusdan ölüb - VİDEO

Hamilə qadın koronavirusdan ölüb - VİDEO
31 yaşlı qadın kəskin tənəffüs çatışmazlığından əziyyət çəkirdi

7 aylıq hamilə qadın "COVID-19" səbəbindən vəfat edib.

31 yaşlı qadın 24 iyun tarixində 1 saylı Klinik Tibbi Mərkəzin ginekologiya şöbəsinin reanimasiyasına gətirilib. Onda "COVID-19" əlamətləri aşkar edildiyindən test götürülüb. Testin nəticəsi pozitiv çıxıb. Təngnəfəslikdən əziyyət çəkdiyindən süni tənəffüs aparatına qoşulub. Lakin bu da kömək etməyib. Qadın iyunun 27-də kəskin tənəffüs çatışmazlığından vəfat edib.

Həkim eyni zamanda qeyd etdi ki, hamilə qadının xəstəxanaya gec müraciət etməsi onun vəziyyətinin daha da ağırlaşmasına səbəb olub.

Bu tip halların təkrarlanmaması üçün daha diqqətli olmaq və xəstəliyin ilk günlərində həkimə müraciət etmək mütləqdir.

Qeyd edək ki, hamilə qadınlarda koronavirusun müalicəsində istifadə olunan dərmanlar infeksionist tərəfindən protokollara uyğun çeşidlənir və təyinata uyğun verilir.

REAL

Digər xəbərlər
Bu gün
Dünən