Yağıntıların taxıl biçininə təsiri (VİDEO)

Yağıntıların taxıl biçininə təsiri (VİDEO)
Yağıntılı hava şəraiti taxıl biçinində böyük problem yaratmayıb

Ölkəmizdə taxıl biçini davam etdirilir. Havanın bir neçə gün qeyri-sabit keçməsi azda olsa biçin zamanı bəzi çətinliklər yaratdı. Ancaq böyük problemlər yaratmadı. Əgər bu proses mütəmadi xarakter daşısa bu zaman ciddi problemlər yarada, Yetişmə mərhələsində olan taxılların tökülməsi prosesi baş verə bilər.

Bəzi bölgələrdə cüzi miqdarda yağan bu yağışlar elə də ciddi bir problem yaratmır. Bu haqqda Aqrar elm və İnnovasiya mərkəzinin direktoru İmran Cümşüdov məlumat verdi.

O həm də qeyd etdi ki, cari təsərrüfat ilində 1 milyon 12 min hektar sahədə arpa və buğda əkini həyata keçirilib. Bundan 641 min hektarını buğda,371 min hektarını isə arpa təşkil edir.

Eyni zamanda payızlıq arpa və buğda biçildikdən sonra aran rayonlarda,hardasa 35 rayonda təkrar əkin həyata keçirilir.

Müsahibim həm də qeyd etdi ki,bu gün kombaynlarla bağlı da heç bir çətinlik yoxdur.Yığım prosesinə 1590 ədəd kombayn cəlb olunub.

Digər xəbərlər
Bu gün
Dünən