Ermənistanda dərinləşən böhran - VİDEO

Ermənistanda dərinləşən böhran - VİDEO
Paşinyanla Apostol kilsəsi arasında təzadlar münaqişəni qaçılmaz edir

Son illərdə Ermənistan hökuməti ilə Erməni Apostol kilsəsi arasında münaqişə şiddətlənməkdədir. Ermənistanda hakimiyyətə gələn yeni siyasi qrupların kilsə ilə münasibətləri artıq daxili siyasətin tərkib hissəsinə çevrilib. Keçmiş rejimlə dərin əlaqələrə malik olan kilsə xadimlərinin siyasi və iqtisadi dayaqları zəiflədilməyə başlanıb. Baş nazir Nikol Paşinyanın komandası tərəfindən bu istiqamətdə məqsədyönlü siyasət aparılır.

Bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təhlilçisi Araz Qurbanov deyir. O, Erməni iqtidarı ilə kilsə arasında yaranan münaqişənin dörd səbəbdən- siyasi, hüquqi, ideoloji və konfesional səbəblərdən qaynaqlandığını deyir.

Siyasi hakimiyyətini gücləndirmək məqsədi ilə ölkə daxilində keçmiş rejimlə əlaqələrə malik olan iş adamları, oliqarxlar və keçmiş hərbiçilərin zəiflədilməsi növbəsi artıq Erməni Apostol kilsəsinə də çatıb. Amma kilsə erməni milli kimliyinin ən vacib komponentlərindən biridir və kilsə üzərində dominantlıq hakimiyyət üçün olduqca təhlükəli proses hesab edilə bilər.

Paşinyan erməni kilsəsinin artıq dünya ermənilərini birləşdirəcək patensiala malik olmadığını iddia edir. Lakin mütəxəssislər Erməni baş nazirin kilsəyə qarşı təbliğat cəhdlərinin iflasa məhkum olduğunu düşünürlər.

Nəzərə alsaq ki, erməni əhalisinin 89%-i özünü Apostol Kilsəsinin adepti sayır və kilsəni iqtidara qarşı çevriliş potensialı daşıyan güc hesab edirlər, onda baş nazir Paşinyanın komandasının bu gücün qarşısını almaq üçün əlindən gələni edəcəyi istisna edilmir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər