Karantin rejimi uzadılmalıdır - VİDEO

Karantin rejimi uzadılmalıdır - VİDEO
Yoluxma sayında müsbət dinamika əldə etməyin yolu sərt karantindən keçir

Hesab edirəm ki, sərt karantin rejimi daha iki həftə uzadılmalıdır. Belə olan təqdirdə yoluxma hallarının artım dinamikasını dayandıra, son iki gündə virusa yoluxanların sayında müşahidə olunan müsbət dinamikanı qoruyub saxlaya bilərik.

Bunu Millət vəkili Azər Kərimli deyir. O, yoluxma hallarının artmasını insanların məsuliyyətsiz davranışı ilə əlaqələdirir:

Nəzərə alsaq ki, xəstəliyin inkubasiya dövrü 14, hətta 21 gündür, onda 14 günlük sərtləşdirilmiş karantin rejiminin nəticəsini bu həftənin sonunda görə biləcəyik.

Millət vəkili xarici təcrübəni nümunə gətirərək, onların əldə etdiyi müsbət dinamikanı sərt karantin rejiminə borclu olduqlarını deyib.

Millət vəkilləri insanları bir daha sosial məsuliyyətə səslədilər. Qeyd olundu ki, onların karantin qaydalarına riayət etməsi, qoruyucu vasitələrdən istifadəsi nəinki özlərini, həm də bütövlükdə cəmiyyəti qoruyacaq.

Qeyd edək ki, Milli Məclis İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi qəbul edib. Dəyişikliyə əsasən Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı cərimələr iki dəfə artırılıb.

Digər xəbərlər
Bu gün
Dünən