“Cendere”nin adı dəyişdirilib “Azərbaycan” oldu - FOTO

“Cendere”nin adı dəyişdirilib “Azərbaycan” oldu - FOTO
İstanbulun qədim küçəsinə Azərbaycan adı verildi

Azərbaycanın İstanbuldakı Baş konsulluğundan verilən məlumata görə, Baş konsulluğun təklifi və təşəbbüsü əsasında şəhərin mərkəzi bələdiyyələrindən olan Sarıyer Bələdiyyəsi Məclisinin müvafiq qərarı ilə, bələdiyyə ərazisindən keçən ve bələdiyyənin ən qədim küçələrindən sayılan “Cendere” küçəsinin adı dəyişdirilərək “Azerbaycan” adı ilə əvəz olunub.

Sarıyer Bələdiyyə Məclisi tərəfindən verilən qərar, rəsmi prosedurların yekunlaşdırılması məqsədilə, İstanbul Böyük Şəhər Bələdiyyə Məclisinin cari ilin 13 iyul tarixində keçirilməsi nəzərdə tutulan iclasına təqdim olunub.

Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin adını daşıyan və heykəlinin ucaldıldığı park da məhz Sarıyer Bələdiyyəsinin ərazisində yerləşir və Ulu Öndər Heydər Əliyevin doğum və vəfat tarixləri İstanbuldakı Baş konsulluğun təşəbbüsü əsasında bələdiyyənin cari protokol tədbirləri təqviminə daxil edilib.

REAL-ın TÜRKİYƏ bürosu

Digər xəbərlər
Bu gün
Dünən