Pambıqçılıqda suvarma işləri davam edir - VİDEO

Pambıqçılıqda suvarma işləri davam edir - VİDEO
Bu il suvarma ilə bağlı böyük çətinliklər yaşanmayıb

Pambıqçılıqda hazırda vegetativ suvarma işləri davam etdirilir. Son dövrlərdə yağan yağışlar da bu sahədə öz müsbət təsirini göstərib.

Bu haqqda Aqrar Elm və İnnovasiya mərkəzinin direktoru İmran Cümşüdov məlumat verib. Müsahibim həm də qeyd etdi ki, suvarma işləri ilə bağlı bəzi bölgələrdə müəyyən çətinliklər yaransa da, amma KTN Meliorasiya və Su Təsərrüfatı ASC ilə koordinasiyalı şəkildə öz işini qurduğuna və elektron növbələşmə sistemi yaradıldığına görə bu proseslər də tənzimlənir və problem yaranırsa da, qarşısı alınır.

Müsahibimin sözlərinə görə, hazırda kultivasiya işləri davam edir, yemləmə gübrələrinin verilməsi və alaq otlarına qarşı mübarizə tədbirləri həyata keçirilir.

Digər xəbərlər
Bu gün
Dünən