BONA DEA-dan ittihamlara cavab - VİDEO

BONA DEA-dan ittihamlara cavab - VİDEO
Baş həkim: "Dediklərimizi faktlarla sübut etməyə haziriq"

İyunun 25-də BONA DEA İnternational Hospitalında ağır xərçəng xəstəliyindən vəfat edən Təbəssüm Məmmədovanın ailəsinin səsləndirdiyi ittihamlarla bağlı xəstəxananın həkim heyəti mətbuat konfransı keçirərək iddialara cavab verib. Bu haqda az sonra danişacam. Hələliksə onu deyim ki, 22 yaşlı Təbəssüm Məmmədova BONA DEA xəstəxanasına may ayının 5 də daxil olub. Müayinə zamanı ona koriokarsinoma, uzaq orqanların metastazı diaqnozu qoyulub və xəstənin vəziyyəti ağır olduğundan reanimasiya şöbəsində xüsusi izolyasiya olunan otağa yerləşdirilib və intensiv müalicəyə başlanılıb. Ancaq mərhumun həyatini xilas etmək mümükün olmayib. xərçəng xəstəliyinin ağırlaşması 4-cü mərhələdə olduğundan iyunun 25 də axşam saatlarında Təbəssüm Məmmədova vəfat edib. Elə bütün söz söhbətdə bundan sonra başlanılıb. Mərhumun anası iddia edir ki, xəstəxanaya borcu olduğu üçün qızının nəşini verməkdən imtina ediblər. Baxmayaraq ki, xəstəxanadan bildirilər ki, iyunun 26-sı səhər saatlarında meyit ailəsinə təhvil verilib və valideyinləri tərəfindən bütün sənədlər imzalanıb. Klinikadan o da bildirilir ki, mərhumun valideynləri Təbəssüm Məmmədova vəfat etdiyindən klinikaya ödədikləri vəsaiti də geri tələb edirlər.

Elnurə Əsgərova İctimai Televiziyaya verdiyi açıqlamada Təbəssüm Məmmədova vəfat edəndən sonra nəşini morqda saxlanılmadığını bildirmişdi. Xəstəxananin baş həkimi isə valideyinin dediklərini sübutlarla təkzib etdi.

Mətbuat konfransının sonunda xəstəxananın baş həkimi C.Gülmaliyev bildirdi ki, məsələnin hüquqi müstəvidə həlli zamani lazım olan görüntülər təqdim oluna bilər.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər