Sərt karantin rejimi davam edəcək - VİDEO

Sərt karantin rejimi davam edəcək - VİDEO
Buna səbəb yoluxma hallarında müşahidə olunan intensivlikdir

Koronavirusa qarşı mübarizədə Azərbaycan hökuməti və Operativ qərargah dünya təcrübəsindən çıxış edərək karantin rejimi qaydalarını sərtləşdirmək yolunu tutur. Bu da anlaşılandır. Çünki, prosesdə tənzimləmə əsasən Səhiyyə sisteminin bu yükü götürmə qabiliyyəti üzərində qurulur. Yoluxma hallarında müşahidə olunan yüksək intensivlik yeni qaydaların da tətbiqini zəruri edir.

REAL xəbər verir ki, bunu Millət vəkili Fazil Mustafa deyib.

Millət vəkili belə vəziyyətdə ictimai qınağın önə çəkilməyini vacib hesab edir. Çünki, hər bir insan üçün ayrıca polis nəzarəti təşkil etmək qeyri-mümkündür. Münasibətlərin mədəniləşməsi nəticəsində isə cəmiyyəti polissiz də tənzimləmək olar.

Fazil Mustafa deyir ki, sosial şəbəkələrdə qaldırılan təcili tibbi yardım xidməti gec gəlir, həkimlər xəstələrə lazımi diqqəti göstərmirlər kimi neqativ informasiyaların çoxalması işi çətinləşdirən amillərdən hesab edilir.

Bundan başqa, Asimptomatik, yüngül və orta səviyyədə olan xəstələr də həkim nəzarəti altında evdə müalicə alırlar. Bu yanaşma ağır vəziyyətdə olan xəstələrə keyfiyyətli xidmət göstərmək, onların həyatını xilas etmək imkanlarını artırır. Millət vəkili, Pandemiyanın pik dövrlərində İtaliya, İspaniya, Fransa kimi səhiyyə sistemləri nümunə göstərilən ölkələrdə hətta ağır vəziyyətdə olan insanların təcili tibbi yardım ala bilmədiyini, xəstəxanalarda yer çatışmadığına görə evdə qaldığını, müalicə almaq imkanından məhrum olduqlarını deyir.

Fazil Mustafa bununla belə arxayınlaşmamağa, insanları məsuliyyətli olmağa çağırdı. Millət vəkili hər kəsin qaydalara riayət edəcəyi təqdirdə avqustda sərt karantin rejiminin yumşaldıla biləcəyini söylədi.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər