SOCAR maliyyə göstəricilərini açıqladı - VİDEO

SOCAR maliyyə göstəricilərini açıqladı - VİDEO
Hesabat ilində şirkətin ümumi gəlirləri 83.8 milyard təşkil edib

SOCAR 2019-cu il üçün konsolidasiya edilmiş maliyyə hesabatlarını açıqlayıb.

Hesabat ilində şirkətin ümumi dövriyyəsi (gəlirləri) 83,8 milyard manat təşkil edib.

2019-cu ildə müvafiq olaraq, xam neftin satışından 51,1 milyard manat, neft məhsullarının satışından isə 22,2 milyard manat gəlir əldə olunub. Şirkətin gəlirlərində ən böyük artım 25%-lə təbii qazın satışında qeydə alınıb ki, bunun da səbəbi “Şahdəniz-2” layihəsində və Ümid yatağında hasilatın yüksəlməsidir.

Qeyd edək ki, ötən il SOCAR bəzi törəmə müəssisələrində iştirak payını artırıb: "SOCAR Polymer" şirkətində onun payı 52,15%-dən 57,01%-ə, Bakı Gəmiqayırma Zavodunda 70,21%-dən 87,47%-ə yüksəlib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər