Koronavirusla mübarizəyə qoşulmuş qəhrəmanlar! - FOTOREPORTAJ

Koronavirusla mübarizəyə qoşulmuş qəhrəmanlar! - FOTOREPORTAJ

İyun ayının 11-dən başlayaraq  yalnız koronavirusa yoluxmuş xəstələri qəbul edən Mərkəzi Gömrük Hospitalının tibbi heyətinin fəaliyyəti  gücləndirilmiş iş rejimində davam edir. Ən ağır xəstələr isə Hospitalın  Reanimasiya və İntensiv Terapiya şöbəsinə daxil olaraq burada müalicə olunurlar. 

Hazırda burada xəstələrə süni və köməkçi ventilyasiyanın aparılması üçün ən müasir avadanlıqlardan istifadə olunur. 

Hospitalda həkimlər və onların rəhbərliyi altında tibb bacılarının və tibb qardaşlarının üzərinə ən böyük məsuliyyət düşür. İndi koronavirusla mübarizəyə qoşulan bu komandanın üzvləri yeni, daha gərgin iş rejiminə keçərək, evlərinə getmədən, ailələrinə baş çəkmədən gecə-gündüz iş başında, xəstələrin yanındadırlar. Həyatlarını belə təhlükə altına atan bu insanlar bir məqsədə, bir amala qulluq edirlər: nəyin bahasına olursa-olsun, virusa qalib gələrək yoluxmuş insanları həyata qaytarmaq. 

Günümüzün qəhrəmanları fotoqraf Famil Mahmudbəylinin obyektivində... 

Fotolar Mərkəzi Gömrük Hospitalının Reanimasiya və İntensiv Terapiya şöbəsində çəkilib. Şöbə rəisi, anestezioloq-reanimatoloq Dr.Tural Sadıqov, anestezioloq-reanimatoloqlar: Dr.Mehdi Əliyev, Dr.Könül Həsənova, Dr.Rəşad Nəsirli, Dr.Xəyal Məmmədov, Dr.Təranə Göyüşova, Dr.Sevda Quliyeva, nefroloq Mirmənsim Məmmədov və şöbənin tibb bacıları və tibb qardaşları.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər