Ramana qəsəbəsində 1 ədəd F-1 əl qumbarası aşkarlanıb - FOTO

Ramana qəsəbəsində 1 ədəd F-1 əl qumbarası aşkarlanıb - FOTO

2020-ci il 30 İyun tarixindә saat 17:47-dә Fövqәladә Hallar Nazirliyinin Böhran Vәziyyәtlәrindә İdarәetmә mәrkәzindәn vә saat 18:02-dә Daxili İşlәr Nazirliyinin ″102″ Xidmәti-Zәng mәrkәzi sistemindәn Agentliyә Bakı şәhәri, Sabunçu rayonu, Ramana qәsәbәsi әrazisindә әl qumbarasının tapılması barәdә mәlumatlar daxil olub.

ANAMA-dan REAL-a verilən mәlumata görə, agentliyin xüsusi mobil çevik әmәliyyat vә partladıcı axtaran xüsusi tәlim keçmiş itlәrdәn ibarәt kinoloji qrupları, Daxili İşlәr Nazirliyinin Bakı şәhәr Baş Polis İdarәsinin Sabunçu rayon Polis İdarәsinin, Fövqәladә Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmә Xidmәtinin vә Bakı şәhәr Tәcili Tibbi Yardım Stansiyasının (103 xidmәti) әmәkdaşları dәrhal hәmin әraziyә göndәrilib.

Agentliyin mütәxәssislәri, Sabunçu rayon Polis İdarәsinin vә Xüsusi Riskli Xilasetmә Xidmәtinin әmәkdaşları tәrәfindәn birlikdә yuxarıda adı qeyd olunmuş әraziyә baxış keçirilmişdir. Tәhlükәsizliyi tәmin etmәk mәqsәdilә әrazi polislәr tәrәfindәn mühasirәyә alınmışdır. Agentliyin mütәxәssislәri tәrәfindәn aparılan tәcili tәxirәsalınmaz әmәliyyat-axtarış tәdbirlәri nәticәsindә 1 әdәd F-1 әl qumbarası aşkar olunmuş, zәrәrsizlәşdirilmәsi üçün götürülәrәk Agentliyin mәrkәzi mәhvetmә әrazisinә daşınmışdır.

Әl qumbarasının әtrafında 100 kv.m әraziyә yerüstü, 20 kv.m әraziyә isә yeraltı baxış keçirilib,

әlavә tәhlükәli әşya vә qurğu aşkarlanmayıb.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər