Braziliyada son sutka ərzində 1280 nəfər koronavirusdan ölüb

Braziliyada son sutka ərzində 1280 nəfər koronavirusdan ölüb

Braziliyada son sutka ərzində 33846 insan koronavirus infeksiyasına yoluxub.

Ümumilikdə ölkədə "COVID-19"a  1,402,041 nəfər yoluxub. Bu nəticə ilə ABŞ-dan sonra Braziliya dünya üzrə koronavirusa yoluxma sayına görə 2-ci yerdədir.

REAL "CNN"ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verib.

Məlumatda bildirilib ki, ötən gün ərzində ölkədə 1280 nəfər bu virusdan həyatını itirib. Bununla da, Braziliyada bu günə qədər koronavirusdan ölənlərin sayı 59594 nəfərə çatıb.  

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər