ABŞ-da koronavirusdan ölənlərin sayı 126 mini ötüb

ABŞ-da koronavirusdan ölənlərin sayı 126 mini ötüb

ABŞ-da son sutka ərzində 21707 nəfər koronavirus infeksiyasına yoluxub. 

Ümumilikdə ölkədə "COVID-19"a  2,612,259 nəfər yoluxub. Bu nəticə ilə ABŞ dünya üzrə koronavirusa yoluxma sayına görə 1-ci yerdədir.

REAL "CNN"ə istinadən xəbər verir ki, bu barədə Cons Hopkins universitesti məlumat verib.

Məlumatda bildirilib ki, ötən gün ərzində ölkədə 372 nəfər bu virusdan həyatını itirib.

Bununla da, ABŞ-da bu günə qədər koronavirusdan ölənlərin sayı 126 min 512 nəfərə çatıb.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər