Səhiyyə Nazirliyi rəsmisindən açıqlama - VİDEO

Səhiyyə Nazirliyi rəsmisindən açıqlama - VİDEO
Nadir Zeynalov: Ölkədə tibbi kadr çatışmazlığı yoxdur

“Ölkəmizdə tibbi kadrların çatışmazlığı problemi yoxdur”.

REAL xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov bildirib.

Onun sözlərinə görə, pandemiyadan, koronavirus problemindən öncə həkim və tibb bacısı qıtlığı bəzi dar ixtisaslar istisna olmaqla, mövcud olmayıb.

Qeyd edək ki, ötən gün keçirilən Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində 5 iyul tarixinə kimi tətbiq edillən sərtləşdirilmiş karantin rejiminin daha 2 həftə artırılması nəzərdə tutulduğu da vurğulanıb.
 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər