Azad Rəhimov onlayn görüş keçirib - VİDEO

Azad Rəhimov onlayn görüş keçirib - VİDEO
Görüşün əsas məqsədi yeniyetmə və gənclərə dəstək olmaqdır

Gənclər və İdman naziri Azad Rəhimov İsmayıllı, Cəbrayıl, Ağdam, Qəbələ, Şəmkir, Mingəçevir, Bərdə, Quba, Şamaxı, Lənkaran, Ağcabədi, Siyəzən, Masallı, Gəncə, Göyçay, Lerik, Şəki və Sabirabad rayon və şəhərlərindən olan yeniyetmə və gənclərlə online görüş keçirib.

Qurumun mətbuat katibi Səmayə Məmmədovanın verdiyi məlumata görə, görüşün əsas məqsədi Azərbaycanın müxtəlif bölgələrində yaşayan, idmanla məşğul olan gənclərin dövlət tərəfindən daim diqqət mərkəzində olduqlarını göstərməklə bərabər, eyni zamanda, onlarda idmana, təhsilə marağı daha da artırmaq, karantin dönəmində evdə qaldıqları müddətdə idmandan uzaq düşməmələrinə dəstək olmaqdır.

Yeniyetmələrlə görüşündə Azad Rəhimov heç bir şəraitin onlarla ünsiyyətə mane olmadığını və bu gün müxtəlif beynəlxalq yarışlarda Azərbaycanın bayrağını zirvələrə ucaldan müxtəlif idman növləri üzrə milli komandaların üzvləri üçün qapalı şəraitdə məşqlərini davam etdirmələri məqsədi ilə hər bir şəraitin yaradıldığını bildirib.

“Əfsuslar olsun ki, yeniyetmələr, gənclər bu gün zallara, idman qurğularına gedib, məşq edə bilmirlər. Bu sizin diqqətdən uzaq olmanız demək deyil. Bu gün mən sizi dinləmək, asudə vaxtınızı necə keçirdiyinizi, idmanla necə məşğul olduğunuzu bilmək istəyirəm.” Sitatın sonu.

Hər bir gənclə ayrı-ayrılıqda söhbət etdikdən sonra, nazir uşaqların arzu və istəklərini dinləyib.

Gənclər və İdman Naziri görüş iştirakçılarını karantin bitdikdən sonra Nazirliyə dəvət edib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər