Mehriban Əliyeva bütün polis əməkdaşlarını təbrik etdi

Mehriban Əliyeva bütün polis əməkdaşlarını təbrik etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva polis əməkdaşlarının peşə bayramı münasibətilə təbrik ünvanlayıb.

REAL xəbər verir ki, bu barədə Mehriban Əliyevanın "Instagram" səhifəsində paylaşım edilib.

Təbrikdə deyilir: "Bütün polis əməkdaşlarını peşə bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Bu çətin günlərdə biz hamımız sizin vətəndaşlarımızın sağlamlığı naminə atdığınız qətiyyətli addımların, yüksək vətəndaş məsuliyyətinizin və peşəkarlığınızın şahidi olduq! Hər birinizə və doğmalarınıza möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram".

Digər xəbərlər
Bu gün
Dünən