Ağcabədidə məskunlaşan laçınlı məcburi köçkünlər 296,1 ton buğda istehsal ediblər

Ağcabədidə məskunlaşan laçınlı məcburi köçkünlər 296,1 ton buğda istehsal ediblər

Ağcabədi rayonunun Taxtakörpü ərazisində məskunlaşan laçınlı məcburi köçkünlər bu il 1151,4 hektar sahədə taxıl becəriblər. Zəmilərin 1033,9 hektarı arpa, 117,5 hektarı buğda sahələridir.

Laçın Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, taxıl biçinini başa çatdıran məcburi köçkünlər 2477,6 ton məhsul, o cümlədən 296,1 ton buğda, 2181,5 ton arpa əldə ediblər. Hər hektarın məhsuldarlığı orta hesabla buğda sahələrində 25,2 sentner, arpa zəmilərində isə 21,1 sentnerdir.

Qeyd edək ki, Ağcabədi rayonu ərazisində məskunlaşan laçınlı məcburi köçkünlər əsasən taxılçılıq və heyvandarlıqla məşğul olurlar.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər