Türkiyənin Səhiyyə naziri: İnfeksiya ilə mübarizədə hər kəs vətəndaşlıq məsuliyyətini dərk etməlidir

Türkiyənin Səhiyyə naziri: İnfeksiya ilə mübarizədə hər kəs vətəndaşlıq məsuliyyətini dərk etməlidir

Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma riskini azaltmaq üçün qoruyucu qaydalara əməl etmək yeganə düzgün yoldur. Hər kəs vətəndaşlıq borcunu yerinə yetirərək məsuliyyətini dərk etməlidir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri nazir Fahrettin Koca Türkiyə Səhiyyə Nazirliyinin Elmi Komitəsinin növbəti iclasından sonra keçirdiyi mətbuat konfransında deyib. Nazir mülahizələrlə əsaslandırıb ki, hazırda virusla mübarizə qaydalı şəkildə davam etsə də, epidemiyanın yayılma riski aradan qalxmayıb. Yoluxma və ölüm halları üzrə vəziyyəti ölkənin vilayətləri üzrə təhlil edən nazir bildirib ki, gündəlik yoluxma sayının mindən yuxarı olması təhlükənin ciddiliyini xəbər verən göstəricidir. Keçirilməsinə icazə verilən kütləvi tədbirlər, o cümlədən əsgər yola salma və qarşılama, nişan, toy və digər mərasimlərdə sosial məsafə və maskadan istifadə etmək qaydalarına mütləq əməl edilməlidir.

Qeyd edək ki, iyulun 1-də Türkiyə üzrə 52 min 313 nəfər testdən keçirilib. Onlardan 1192 nəfər xəstə çıxıb. Gün ərzində 19 nəfər ölüb, 2311 nəfər sağalıb. Beləliklə, məlum infeksiyadan ölənlərin sayı 5 min 150 nəfərə çatıb. Ümumilikdə indiyədək ölkə üzrə 3 milyon 433 min 963 nəfər testdən keçirilib. Onlardan 201 min 98 nəfərdə infeksiya aşkar olunub. Hazırda 1035 nəfər reanimasiyada, 362 nəfər süni nəfər aparatına qoşulmuş haldadır.

REAL

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər