Braziliyada COVID-19 qurbanlarının sayı 60,6 mini ötüb

Braziliyada COVID-19 qurbanlarının sayı 60,6 mini ötüb

Son sutkada Braziliyada koronavirusdan 1 038 pasiyent ölüb.

“Report”un məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Nazirlik qeyd edib ki, bununla da COVID-19 qurbanlarının sayı 60 632 nəfərə çatıb.

Cənubi Amerikanın bu ölkəsində təhlükəli virusa daha 46 712 yoluxma qeydə alınıb. Bununla da COVID-19 xəstələrinin ümumi sayı 1 448 753 nəfərə çatıb.

Bununla yanaşı, ölkədə virusa yoluxmuş 826 866 pasiyent sağalıb. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

REAL

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər