Hindistanın Assam ştatında yağışların törətdiyi fəsadlardan ölənlərin sayı 33-ə çatıb

Hindistanın Assam ştatında yağışların törətdiyi fəsadlardan ölənlərin sayı 33-ə çatıb

Hindistanın Assam ştatında bir neçə gündür davam edən musson yağışlarının törətdiyi fəsadlardan ölənlərin sayı 33-ə çatıb.

İyulun 1-də 6 nəfər daşqın, bir nəfər isə torpaq sürüşməsi nəticəsində ölüb. Şiddətli yağışların əmələ gətirdiyi sel, daşqın və torpaq sürüşməsi ştatın 21 rayonunda 1,5 milyon insanın həyatına mənfi təsir edib, 15 mindən çox sakin isə daha təhlükəsiz yerlərə təxliyə edilib. Ümumilikdə, 87 min hektar əkin sahəsini su basaraq, məhsulu yararsız hala salıb.

Daşqınlar nadir heyvanların yaşadığı Kaziranqa milli parkında heyvanların tələf olmasına da səbəb olub.

Ştatın təbii fəlakətlərlə mübarizə qurumu yağışların səngiməyə başladığını, bununla belə, qarşıdakı günlərdə sel və daşqın risklərin böyük olduğunu açıqlayıb.

Hindistanın su resursları üzrə federal idarəsi isə Assam ilə yanaşı, Arunaçal Pradeş və Qərbi Benqal ştatlarında da qarşıdakı 3-4 gün ərzində musson yağışlarının müşahidə olunacağını proqnozlaşdırıb.

REAL-ın Asiya bürosu

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər