Rusiyada COVID-19-a yoluxanların sayı 660 mini keçdi

Rusiyada COVID-19-a yoluxanların sayı 660 mini keçdi

Rusiya Federasiyasında COVID-19-a yoluxanların sayı 661165 nəfəri ötüb.

Belə ki, ölkədə koronovirus səbəbi ilə yaradılmış operativ qərargahın verdiyi məlumata görə, son sutka ərzində 6760 nəfərdə koronavirus aşkarlanıb. 

REAL-ın Rusiya bürosunun verdiyi məlumata görə, Rusiya Federasiyasında son sutka ərzində 147 nəfər COVID-19 səbəbindən ölüb. Ümumiyyətlə isə ölkədə ölənlərin sayı 9683-ə yüksəlib. 

Operativ qərərgahın digər məlumatına əsasən ölkədə sağalanların sayı 428978-a çatıb. Belə ki, son sutka ərzində 6047 nəfərdə sağalma qeydə alınıb. 

Qeyd edək ki, son sutka ərzində COVID-19 Rusiyanın 83 regionunda qeydə alınıb və yeni xəstələrin 32,1%-də virus öz əlamətlərini büruzə verməyib.

 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər