İran Azərbaycanla ticarət əlaqələrini gücləndirmək istəyir

İran Azərbaycanla ticarət əlaqələrini gücləndirmək istəyir

"İranın Azərbaycan Respublikası ilə ticarət və ixracat əlaqələri illər əvvəl mövcud olub və çalışırıq ki, bu əlaqələr güclənsin".

REAL xəbər verir ki, bu barədə Germi və Ənqut şəhərlərinin İran parlamentindəki nümayəndəsi və İslami Şura Məclisinin İctimai Komissiyası sədrinin müavini Vəli İsmayılı bildirib

O bildirib ki, İran xüsusilə Ərdəbil əyaləti Azərbaycan Respublikası ilə qonşu olmasını səbəbindən ixracat və ticarət baxımından, xüsusən kənd təsərrüfatı məhsulları sektorunda yaxşı əlaqələrə malikdir:
"İranın qonşu ölkələrlə əlaqələrinin möhkəmlənməsində parlamentin rolunu nəzərə alaraq, 11-ci parlamentdə də  İranın Azərbaycan Respublikası ilə ticarət balansını artırmağa çalışacağıq. İran və Azərbaycan Respublikası arasında ticarət əlaqələrini icra olunmuş plana uyğun olaraq inkişafı məqsədilə qərara alınıb ki,  iki ölkə arasında parlament dostluq qrupu yaradılsın və bu qrup iki ölkə arasında ticarət əlaqələrinin artmasında əsas rol oynayacaq. Həmsərhəd olmağımızdan bir fürsət olaraq istifadə etməliyik və bununla əlaqədar  iyulun 8-də Germidə Azərbaycanın müvafiq qrupları ilə görüş keçiriləcək".

İran və Azərbaycan parlamentlərarası dostluq qrupu iki ölkənin əlaqələrinin gücləndirilməsi məqsədilə təşkil olunur.

 

Digər xəbərlər
Bu gün
Dünən