Bu ilin 5 ayında narkotiklərlə mübarizə sahəsində 2435 fakt aşkar edilib

Bu ilin 5 ayında narkotiklərlə mübarizə sahəsində 2435 fakt aşkar edilib

Bu ilin 5 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 2435 fakt aşkar edilib.

APA-nın məlumatına görə, bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanan hesabatda əksini tapıb.

Qeyd edilib ki, onlardan 918-i narkotik vasitələrin qanunsuz satışı, 1402-si qanunsuz əldə edilib saxlanılması, 80-i qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya edilməsi, 35-i isə digər cinayətlərlə bağlı olub.

Aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 364 kq 100,2 qr müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr çıxarılıb. 

Müsadirə olunan narkotik vasitələrin və psixotrop maddələrin 336 kq 151,8 qramını marixuana (24,6%), 160 kq 694,7 qramını tiryək (11,8%), 753 kq 388,1 qramını heroin (55,3%), 18 kq 877,6 qramını həşiş (1,4%), 94 kq 594,4 qramını psixotrop maddələr və digərləri (6,9%) təşkil edib. 

REAL

Digər xəbərlər
Dünən

Bütün xəbərlər