MN: Azərbaycan Ordusunun bəzi bölmələri karantin rejiminə riayət olunmasına nəzarət üçün cəlb edilib

MN: Azərbaycan Ordusunun bəzi bölmələri karantin rejiminə riayət olunmasına nəzarət üçün cəlb edilib

“Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına müvafiq olaraq ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminə riayət olunmasına nəzarət etmək üçün Daxili İşlər Nazirliyinin əməkdaşlarına kömək məqsədilə təşkil edilən patrul xidmətinə Azərbaycan Ordusunun bəzi bölmələri də cəlb olunub”.

APA xəbər verir ki, bu barədə Azərbaycan Ordusunun bölmələrinin xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar tədbirlərə cəlb edilməsi ilə bağlı sorğuya cavab olaraq Müdafiə Nazirliyindən bildirilib: “Hərbi qulluqçular xüsusi karantin rejimi ilə əlaqədar təyin edilmiş ərazilərdə xidmətin aparılmasında iştirak edirlər”.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər