Fransanın baş naziri istefa verdi - YENİLƏNİB, VİDEO

Fransanın baş naziri istefa verdi - YENİLƏNİB, VİDEO

Fransada yoluxmalar artıb

Ölkə rəsmiləri 2-ci dalğadan qorunmaq üçün plan hazırlayır

B.Britaniyanin 36 bölgəsində təhlükə-Krallıqda karantin qaydaları sərtləşdirilə bilər

Tibb işçiləri arasında yoluxma-İspaniyada ümumi yoluxmalarda artım qeydə alınır

A.Merkeldən ümidverici çıxış

Almaniya Kansleri AB-nin iqtisadi böhrandan çıxacağına inanır

 

***

12:43

Fransa prezidenti Emmanuel Makron bu  gün səhər baş nazir Eduard Filippin istefasını qəbul edib.

Məlumata əsasən Baş Nazir Edurard Filipp və onun rəhbərlik etdiyi hökumət kabineti istefa verib. 

Makron partiyasının keçən həftə bələdiyyə seçkilərindəki məğlubiyyətindən sonra  kabinetini yenidən dəyişəcəyini açıqlamışdı.

Fransa mediası bir neçə həftədir ki, Makronun hökumətini daha çox solcu partiyasından olan nazirləri dəyişdirmək istədiyi haqqında spekulyasiya edirdi.

Xatırladaq ki, Edurard Filipp 2017-ci ildən bəri Makronun sağ əli olub.

Yeni hökumət formalaşanadək hazırki kabinet fəaliyyətini davam etdirəcək

REAL-ın AVROPA bürosu

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər