“Bayern”lə L.Sane nəhayət qovuşdu

“Bayern”lə L.Sane nəhayət qovuşdu
Münhenlilər almaniyalı futbolçu ilə 5 illik müqavilə imzalayıblar

Almaniya Bayern Münheni nəhayət Leroy Sanenin transferini rəsmiləşdirib.

Klubun rəsmi saytında verilən məlumata görə, rekordmayster 24 yaşlı almaniyalı futbolçunun keçidi üçün İngiltərənin Mançester Siti komandasına 49 mln avro ödəyib. Sanenin göstərəcəyi oyun və qazanacağı uğurlardan asılı olaraq, bu məbləğ 60 mln-adək arta bilər. Münhenlilər tibbi müayinədən uğurla keçən hücumameyilli cinah yarımmüdafiçisi ilə 5 illik müqavilə imzalayıblar. Bunadək illik 20 mln avro əməkhaqqı tələb edən Sane, sonradan koronavirus pandemiyasının yaratdığı maliyə çətinliyini nəzərə alaraq münhenlilərlə 17 mln avroya razılaşıb. Xatırladaq ki, Leroy Sane 2016-cı ilin yayında Almaniya "Şalke"sindən "Mançester Siti"yə keçib. Münhenlilər onu ötən yay heytələrinə qatmaq istəsələr də, futbolçunun mövsümün startında zədələnməsi transferin həyata keçməsinə əngəl olmuşdu.

Alkantaranın yolu Liverpuladır
“Bayern” Tyaqo üçün “Mersisaydlılar”dan 35 mln. avro istəyir

“Bayern” futbolçusu Tyaqo Alkantara ilə isə müqaviləni uzada bilməyib. Braziliya əsilli ispaniyalı yarımmüdafiəçi karyerasını İngiltərə Premyer Liqasında davam etdirmək istəyir. 29 yaşlı futbolçu “Liverpul”a keçməyə yaxındır. Onun artıq mersisaydlılarla danışıqlara başladığı da bildirilir. Alkantaranın münhenlilərlə müqaviləsi 2021-ci ilin iyununda başa çatır. Bundesliqa çempionu pirineylini 35 milyon avroya satmağı planlaşdırır. Lakin “Liverpul” məbləğın aşağı salınması və ya hissə-hissə ödənməsi barədə razılığa ümid edir. Xatırladaq ki, Tiaqo Bayernə 2013-cü ildə Barselonadan transfer olunub. O, 7 il ərzində münhenlilərlə 7 dəfə Bundesliqa, 3 dəfə ölkə kubokunu, eyni sayda super kubokunu, həmçinin UEFA superkuboku və klublararası dünya çempionluğunu qazanıb.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər