Maska taxmayan və icazəsiz çölə çıxanlar cərimələnir - VİDEO, YENİLƏNİB

Maska taxmayan və icazəsiz çölə çıxanlar cərimələnir - VİDEO, YENİLƏNİB
Nərimanov rayonunda polis reyd keçirir

Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə paytaxtın küçə və prospektlərində, məhəllədaxili yollarda, qapalı məkanlarda gücləndirilmiş kütləvi nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən, müvafiq icazə olmadan hərəkət edən şəxslər qanunvericiliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb olunurlar.

Keçirilən reyd zamanı saxlanılan şəxslər arasında baqasının şəxsiyyət vəsiqəsi ilə İcazə-e-gov.az portalından keçən şəxslərədə rast gəldik. Sui-istifadə hallarına yol verən vətəndaşlarda inzibati qaydalara müvafiq olaraq cərimələndilər.

Nərimanov RPİ-NİN ictimai təhlükəsizlik şöbəsinin rəisi Elçin Mirzəli bildirib ki, hər bir şəxs tətbiq olunan qaydalara, sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər şəxsləri qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da buna çağırmalıdır.

Qeyd edək ki, rayon ərazisində reydlər mütəmadi olaraq keçirilir.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər