Ekspress xətlər bərpa olunur - VİDEO, YENİLƏNİB

Ekspress xətlər bərpa olunur - VİDEO, YENİLƏNİB
Ekspress xətlərin bərpası metronun işləməməsi ilə əlaqədardır

Bu gün gecə saat 00:00-dan etibarən Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırıldığından İyul ayının 6-dan ekspress xətlərin fəaliyyəti bərpa olunur.

Belə ki, bütün ekspress xətlər üzrə avtobusların iş qrafiki əvvəllər olduğu kimi saat 07:00-dan 20:00-dək müəyyən edilib.

BNA-nın şöbə müdirinin müavini Vüqar Məmmədzadə bildirdi ki, gündəlik müntəzəm marşrut xətlərinin iş qrafiki isə dəyişməz olaraq qalır. Həm müntəzəm, həm də ekspress marşrut xətləri üzrə avtobuslararası intervallar sərnişin axınına uyğun tənzimlənəcək.

Qeyd edək ki, dayanacaqlarda, nəqliyyat mübadilə mərkəzlərinin ərazisində və avtobuslarda hərəkət edən zaman tibbi maskadan istifadə mütləqdir. Özünüzün və başqalarının sağlamlığının qorunması üçün qoyulan qaydalara əməl olunmalıdır

 

***

14:39

BNA-nın şöbə müdirinin müavini Vüqar Məmmədzadə məlumat verir.

Digər xəbərlər
Bu gün
Dünən