Kürdə suyun səviyyəsi artır - VİDEO

Kürdə suyun səviyyəsi artır - VİDEO
Neftçalanın su ilə təmin edilməsi üçün yeni su kəməri çəkilir

Kür çayında suyun səviyyəsi artır.

Artıq əvvəllər olduğu kimi Kür çayı Xəzər dənizinə doğru axmağa başlayıb. Hazırda nasos stansiyalarının işə salınması üçün tədbirlər görülür.

“Azərsu” ASC isə uzun illərdir içməli su çatışmazlığının müşahidə olunduğu Neftçala şəhərinə yeni magistral su kəməri layihəsinə başlayıb. Neftçala şəhərinin və ətraf kəndlərin sakinləri Şirvan-Muğan qrup su kəməri ilə Kür Sutəmizləyici Qurğularında emal olunan keyfiyyətli su ilə təmin olunacaq. Yeni layihənin icrasına başlanarkən ilk növbədə şəhərə etibarlı mənbədən - Şirvan-Muğan qrup su kəmərindən suyun verilməsi qərara alınıb. Neftçala şəhərinə suyun özüaxımlı rejimdə verilməsini təmin etmək üçün Salyan şəhərinin yaxınlığında, relyef baxımından nisbətən yüksəklikdə 7 500 kubmetr tutumu olan su anbarının tikintisinə başlanıb. Bununla paralel olaraq anbardan Neftçala şəhərinədək 560 mm diametrli borularla 44 km uzunluğunda magistral su kəməri inşa edilir. Magistral su xəttinin tikintisi cari ilin sonuna qədər başa çatdırılacaq və kəmər mövcud içməli su şəbəkəsinə birləşdiriləcək.

Neftçala şəhərində və rayonun bir sıra kəndlərində içməli su probleminin müvəqqəti aradan qaldırılması üçün isə içməli suya olan tələbat maşınlarla daşınan su hesabına təmin olunur. Bu məqsədlə 15 sudaşıyan nəqliyyat vasitəsi ayrılıb və Salyan şəhərindən Neftçalaya suyun daşınması təmin edilir.

REAL

Digər xəbərlər
Bu gün
Dünən