“Qaydalara əməl et, cəmiyyəti qoru!” - VİDEO

“Qaydalara əməl et, cəmiyyəti qoru!” - VİDEO
QHT-lərə Dövlət Dəstəyi Şurasının məlumatlandırma kampaniyası davam edir

QHT Şurası və REAL TV "Qaydalara əməl et, cəmiyyəti qoru" adlı monitorinq və məlumatlandırma kampaniyası davam etdirir.

Kampaniya çərçivəsində ictimai yerlərdə, xüsusilə ictimai nəqliyyatda (metro və avtobuslarda) sanitariya- gigiyena və karantin rejimlərinin tələblərinə, fərdi qoruyucu vasitələrdən istifadə qaydalarına vətəndaşların, həmçinin, fiziki və hüququ şəxslərin əməletmə vəziyyəti yoxlanıldı. QHT üzvləri bu kampaniyada iştirak etməklə vətəndaşları Operativ Qərargahın tövsiyələrinə ciddi əməl olunmasının vacibliyi barədə məlumatlandırdılar. Həmçinin maska taxmayan vətəndaşlara maskalar paylanıldı.

Vətəndaşlara xüsusi karantin rejiminin tələblərinə ciddi əməl olunmasının vacibliyini izah etməyə çalışdıq. Təəssüf ki, bizi dinləyib dəstək verənlərdən çox, kameramızı görüb maskasını taxanlara və kameradan yan qaçanlara rast gəldik.

Qeyd edək ki, ictimai kampaniya Operativ Qərargahın ciddi karantin rejimi tətbiq etdiyi şəhər və rayonlarda həyata keçirilir. Monitorinqin nəticələri Real TV, media və sosial şəbəkələr vasitəsilə ictimaiyyətə, həmçinin Operativ Qərargaha təqdim olunacaq.

REAL
 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən