Virusa ram olan Etibar - VİDEO

Virusa ram olan Etibar - VİDEO
Koronavirusa yoluxan AZTV-nin baş redaktoru Etibar Babayev vəfat edib

Bu gün Səhəri açar-açmaz Azərbaycan ictimaiyyəti koronavirsusun daha bir qurbanının ölüm xəbərindən sarsıldı. Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin (AzTV) Kinoproqramlar və dubliyaj baş redaksiyasının baş redaktoru Etibar Babayev virusla mübarizəyə tab gətirməyib və gecə saatlarında vəfat edib. Bu itki bir daha göstərdi ki, koronavirus sərhəd tanımır. Seçim etmir. Ahıl, cavan, uşaq hər kəs onun hədəfidir. Hər kəs. Onunla mübarizədə ön cəbhədə dayanan həkimlər də, ictimaiyyəti maarifləndirmək, xəbərsiz qoymamaq üçün pult arxasında oturan rejissoru da, xəbər arxasınca qaçan müxbir də. Təəssüf ki, ökədə koronavirusa yoluxma sayında indiki halda diqqətçəkəcək azalma müşahidə olunmur və onların sırasında öz peşə vəzifələrini yerinə yetirərkən virusa yaxalanan həmkarlarımız da var. Etibar Babayev də songünlərədək işinin başında olub. Olduqca əməksevər, pozitiv olan Etibar Babayev ictimaiyyətə daha çox zarafatlarla bol olan Kinoklubda görüş layihəsi ilə tanışdır.. 90-cı illərin sonunda yayıma çıxan layihənin bu qədər yaddaqalan olması həm də gənc rejissorun böyük istedadının göstəricisi idi. Sonrakı illərdə televiziyada neçə-neçə uğurlu işlərə imza atan rejissor təəssüf ki, virusla mübarizədə dirəniş göstərə bilmədi. Əksinə göstərdi ki, dünya nə qədər Etibarsızdır..

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən