Dünyada cari vəziyyət (VİDEO)

Dünyada cari vəziyyət (VİDEO)
Gündəlik yoluxma hallarının sayı rekord həddə çatıb

ABŞ-dakı epidemioloqlar hakimiyyəti koronavirusun qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər görməyə çağırırlar, BMT dünyadakı hərbi münaqişələri ən az üç ay dondurmağı xahiş edir, Fransa pandemiyanın ikinci dalğasına hazırlaşır və maska ehtiyatı yığır.

Johns Hopkins Universitetinin məlumatına görə, hazırda dünyada 10,7 milyondan çox xəstə və 500 mindən çox ölü var. ABŞ ən çox zərər çəkən ölkə olaraq qalır, hər iki cəhətdən digər ölkələrdən xeyli qabaqdadır.

BMT Təhlükəsizlik Şurası dünyadakı bütün münaqişə tərəflərini COVID-19-un geniş yayılmasının qarşısını almaq üçün üç ay müddətinə atəşkəs elan etməyə çağıran qətnamə qəbul etdi.

Bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq ölkələrinin koronavirusla mübarizədə bütün imkanlarını tükəndirdiyinə dair xəbərdarlıq edib. ÜST mütəxəssislərinin fikrincə, Suriya və Yəmən kimi münaqişə bölgələrində həkimlərin xəstəliyin yayılmasına nəzarət etmək üçün bir yolu yoxdur. Ötən gün ABŞ-da yeni gündəlik yoluxma rekordu qeydə alınıb - bir gündə 52 min yeni hadisə.

Texas, Florida və Kaliforniya kimi böyük ştatlarda vəziyyət kritikdir. Bəzi ştatlarda yenidən karantin rejimi gücləndirilib.

İnfeksiyanın yayılması arasında Donald Tramp tibbi maskalar barədə fikrini dəyişdi. Əvvəllər bunları yararsız hesab edirdi, amma indi bununun məcburi olmadığınu açıqlayır.

ABŞ-ın baş epidemioloqu Entoni Fauci xəbərdarlıq edir ki, təcili olaraq virusun kütləvi yayılmasına mane olmaq üçün mexanizm tapılmazsa, epidemiyanın nəticələri fəlakətli olacaq.

ABŞ-da epidemiya başlayandan bu yana 2.7 milyondan çox insan virusa yoluxub, 120 mindən adam ölüb.

Fransa epidemiyanın ikinci dalğasını gözləyir. Ölkə hakimiyyəti şirkətlərə və təşkilatlara maskaların ən az 10 həftəyə yığılmasını tövsiyə edir. Johns Hopkins Universitetinin məlumatına görə, epidemiyanın başlanğıcından demək olar ki, 200 mindən çox adam virusa yoluxub, 30 minə yaxın insan pandemiyadan ölüb.

Serbiyada yoluxanların statistikası yenidən yüksəldikdən sonra, ölkənin bəzi bölgələrində karantin tədbirləri gücləndirilib.

Xəstə və ölü sayına görə ABŞ-dan sonra dünyada ikinci yerdə olan Braziliyada ümumilikdə 60 mindən çox insan koronavirusdan ölüb.

Cənubi Afrikada, son 24 saat ərzində 8728 yeni yoluxma halları müəyyən edilib, bu epidemiyanın başlamasından bəri ən yüksək nəticədir.

Qeyd edək ki, dünyada 11 milyondan çox insan koronavirusa yoluxub, 520 mindən çox insan pandemiyanın qurbanı olub.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər