Azərbaycanda daha bir həkim koronavirusdan vəfat etdi

Azərbaycanda daha bir həkim koronavirusdan vəfat etdi

Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib.

REAL "Qafqazinfo"ya istinadən xəbər verir ki, Sumqayıt şəhər 2 saylı Doğum Evində anestezioloq, reanimatoloq vəzifəsində çalışan, eyni zamanda koronovirusla mübarizə aparan Fərman Süleymanov Covid-19-un qurbanı olub.

Bu barədə mərhumun yaxınları sosial şəbəkədə paylaşım ediblər.

1971-ci il təvəllüdlü F.Süleymanov müalicə olunduğu Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında dünyasını dəyişib.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər