Piyada məsuliyyətsizliyinin acı sonu - VİDEO

Piyada məsuliyyətsizliyinin acı sonu - VİDEO
Yük avtomobili yolu keçən piyadanı vuraraq öldürüb

Ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi paytaxtın Nərimanov rayonu ərazisində daha dəqiq Ziya Bünyadov prospektində baş verib.

Quba rayon sakini, 1958-ci il təvəllüdlü Abbasov Zakir Kəlbəli oğlu idarə etdiyi "Howo" markalı yük avtomobili ilə yerüstü piyada keçidinin yaxınlığında təxminən 30-35 yaşlı kişini vurub.

Piyada aldığı xəsarətlərdən elə hadisə yerindəcə keçinib.

Əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırmalar aparılır. Piyadanın isə şəxsiyyəti dəqiqləşdirilir.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər