Bakıda karantin qaydalarını pozan kafenin icarədarı və müştəriləri cərimələndi - FOTO

Bakıda karantin qaydalarını pozan kafenin icarədarı və müştəriləri cərimələndi - FOTO

Paytaxtın Xətai rayonunda sərtləşdirilmiş xüsusi karantin rejim qaydlarına əməl etməyən, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan kafe  aşkarlanıb. 

Xətai RPİ və 37-ci PŞ əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə Nobel prospektində “Günəş” kafesinin icarədarı və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar. 

Ümumilikdə 5  nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, kefenin icarədarı 2000 manat, digərləri 200 manat cərimə olunublar.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər